Dünya 

Bu il daşqınlar bir çox ölkəni cənginə alıbFOTO

Son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar dünyanın bir çox yerində sel, daşqın müşahidə olunur. Bəzi ölkələrdə sel fəlakəti insanların ölümünə də səbəb olur. Avqust ayında Məkkədə yağan güclü yağışlar şəhər infrastrukturuna, insanlara və təsərrüfata ciddi ziyan vurmaqla dağıntılara səbəb olub. Oktyabrın əvvəlində İranın Kerman əyalətində Həlil çayının daşması nəticəsində 14 nəfər ölüb. Bu ilin aprel ayında analoji hal Qazaxıstan və Rusiyada baş vermişdi. Daşqın nəticəsində Orenburqda 12 min yaşayış evini və 15 mindən çox həyətyanı təsərrüfatı su basmışdı. Bildirilmişdi ki, Ural çayında suyun səviyyəsi 40 santimetr artaraq 11 metri ötüb.…

Read More
Dünya 

Xəbərdarlıq edildi: Noyabrın 1-dən benzinin qiyməti…

Rusiyada benzinin pərakəndə satış qiyməti oktyabr ayından qalxmağa başlayıb. Bunun bir neçə səbəbi var – neft emalı zavodlarında aparılan profilaktik təmirlə əlaqədar bazarda təklifin azalması, həmçinin biçin kampaniyası ilə əlaqədar mövsümi qiymət artımı. Lakin qiymət artımı noyabrda da davam edəcək. Mütəxəssislər “Life.ru” agentliyinə payızın son ayında yanacağın qiymətinin necə dəyişəcəyi haqda danışıblar. “Noyabr ayında oktyabr artım tendensiyası davam etsə də, məqbul həddə olacaq. Noyabrın 1-dən etibarən ən populyar marka olan AI-92 markalı benzinin qiyməti 1 litr üçün 54 rubldan başlayacaq”, – ekspert izah edib. Onun sözlərinə görə, 95 markalı benzin…

Read More
Dünya 

Məktəbdə diz çökməyən şagirdi şikəst etdilər – FOTO

“Ləzginkanı rəqs et, diz çök, sonra rədd ol…” Məktəblilər arasında insident rəqs üstündə başlayıb. Rusiyanın Tver vilayətində əmrə tabe olmayan məktəbli şikəst olunana kimi döyülüb. Çox böyük vəhşətə isə insanlar kənardan sadəcə seyrçi qalıblar. Beləliklə 15 yaşlı oğlan həkim rəyinə əsasən ömürlük şikəst qalıb./lent.az  

Read More
Dünya 

Gürcü müxalifətinin arzusu – “İvanişvilinin sonu”

Gürcüstan müxalifəti Tiflisin mərkəzində keçirdiyini izdihamlı mitinqdən sonra xeyli ümidlənib. Əsas şüarı “Gürcüstan Avropanı seçir” olan aksiyada ölkə prezidenti Salome Zurabişvili ilə yanaşı, Gürcüstanın məşhur musiqiçiləri də iştirak ediblər. Müxalifət oktyabrın 26-da qələbə qazanacağına inanır və indiki iqtidarın müqavimət göstərməsi halında xalqı mübarizəyə hazırlamağa səsləyir. Yürüş iştirakçıları hələ aksiya başlamazdan əvvəl əsas tezislərini açıqlayıblar: Gürcüstan Rusiyanın “əyaləti” olmamalıdır və ölkədəki bütün pisliklər “Gürcü arzusu”ndan qaynaqlanır. İnsanlar oktyabrın 26-nın Bidzina İvanişvilinin və onun siyasi rejiminin hakimiyyətinin sonunun başlanğıcı olduğuna bir-birini inandıraraq, Gürcüstanın və Avropa Birliyinin nəhəng bayraqlarını açıblar. Üstəlik, hər şey…

Read More
Dünya 

“Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd olacam” – Yuliya Navalnayadan ŞOK AÇIQLAMALAR

Sabah 26 dildə, o cümlədən rus dilində Aleksey Navalnının “Patriot” adlı kitabı – həbsxanada yazdığı gündəliklər işıq üzü görəcək. Kitabın nəşrindən bir gün əvvəl siyasətçinin xanımı Yuliya Navalnaya BBC-nin müxbiri Keyti Razalla geniş müsahibə verib. Musavat.com həmin müsahibəni qısa ixtisarla təqdim edir: BBC: Özünüzü Aleksey kimi siyasətçi kimi təsəvvür edə bilirsinizmi? Yuliya Navalnaya: Bəli. Çox insan mənə dəstək verir və mən də qarşılıq olaraq onları dəstəkləmək istəyirəm. Alekseyin tərəfdarlarının bəziləri Rusiyanı tərk etmək məcburiyyətində qaldılar, lakin milyonlarla insan hələ də oradadır. Onlar güclü təzyiq və repressiya şəraitində yaşayırlar, lakin onlarla əlaqə…

Read More
Dünya 

Onlayn ayaqqabı sifariş vermişdi, qutudan çıxanlardan ŞOK OLDU – VİDEO

İngiltərədə onlayn alış-veriş mağazasından ayaqqabı alan gənc qız qorxu dolu anlar yaşayıb. Bristol universitetinin tələbəsi Sofia Alonso-Mossinger alış-veriş saytından özünə ayaqqabı sifariş edib. O, evə gətirdiyi karqonu açanda qutudan ayaqqabı əvəzinə canlı əqrəb çıxıb. Nə edəcəyini bilməyən qız bu barədə müvafiq orqanlara şikayət ərizəsi yazıb. Qurumdan bildirilib ki, araşdırma aparılır. Qeyd edək ki, belə bir olay ilk dəfə yaşanmır, bir sıra ölkələrdə karqo qutularından qəribə əşyalar çıxmasına dair faktlar var. (milli.az)

Read More
Dünya 

KXDR-dən Cənubi Koreyaya XƏBƏRDARLIQ

Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Şimali Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik Seulun hərbi obyektlərinin KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb. “Bunun ardınca dərhal cavab zərbələri endiriləcək”, – Nazirlik bəyan edib. Oktyabrın 19-da Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapıldığı bildirilib. Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası…

Read More
Dünya 

Futuroloqlar gələcəyi necə görür? – Dünyanı təhsil xilas edəcək

Astanada keçirilən CONNECTED konfransının əsas istiqamətlərindən biri “Gələcək təhsil və elm” adlanır. Panel sessiyaların iştirakçıları qlobal liderlik üçün intellektual kapitalın formalaşdırılması, ali təhsilin rəqabətqabiliyyətliliyi strategiyasının qurulması və müasir çağırışlar və imkanlar nəzərə alınmaqla yeni elm modelinin hazırlanması məsələlərini nəzərdən keçirirlər. Qazaxıstan Respublikasının Təhsil və Elm Naziri Sayasat Nurbekin iştirakı ilə keçirilən “Ali təhsilin qlobal rəqabətliliyi: strategiyanın qurulması” mövzusunda panel sessiyasında çıxış edənlər belə qənaətə gəliblər ki, beynəlxalq aləmdə ali təhsil sahəsində rəqabət müasir dünyada baş verən sürətli dəyişikliklər kontekstində arena getdikcə daha da gərginləşir. Təhsil qloballaşır və artıq sərhədləri yoxdur.…

Read More
Dünya 

Xan-Yunisdən olan “Qəssab”: HƏMAS-lideri Yəhya Sinvar kimdir?

17 oktyabrda İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən Yəhya Sinvar bioqrafiyasının təfərrüatlarını xarici mediada yer alan materiallara istinadən Musavat.com təqdim edir: Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza sektorunun cənubundakı Xan-Yunis qaçqın düşərgəsində doğulub. Onun valideynləri 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra əl-Məcdəl (hazırda İsrailin Aşkelon şəhəri) şəhərindən düşərgəyə köçürülüblər. O, BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən təşkil olunan məktəbdə təhsil alıb. Yəhya Sinvar 1980-ci illərin əvvəllərində  Qəzza İslam Universitetinə daxil olub və orada ərəb dili fakültəsini bitirib. İsrailin xüsusi xidmət orqanları və KİV-ləri İslam Universiteti…

Read More
Dünya 

Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib

Fransanın cənub-şərqində daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib. “Report” xəbər verir ki, bu barədə BFMTV kanalı regional prefekturaya istinadən məlumat yayıb. Xüsusilə, Lion yaxınlığındakı Givors kommunası təhlükə altındadır, burada şəhər bəndi çökə bilər. Qeyd olunur ki, daşqınların nəticələrinin aradan qaldırılması üçün regional hakimiyyət orqanları xilasedicilər kontingenti və çoxlu sayda texnika cəlb edib. Oktyabrın 18-də bölgədəki əksər məktəblər bağlanacaq və ictimai nəqliyyatda ciddi pozuntular istisna oluna bilməz. “Ölkənin bu ərazilərində belə fəlakət miqyası heç vaxt qeydə alınmayıb. Söhbət 48 saat ərzində 600 mm-dən çox yağışdan gedir”, – ekologiya üzrə keçid…

Read More