Dünya 

Fransada saxlanılan Kemi Seba sərbəst buraxıldı

Oktyabrın 15-də Parisdə saxlanılan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist Kemi Seba azadlığa buraxılıb. “Le Parisien”in xəbərinə görə, o, oktyabrın 16-da buraxılsa da, rəsmi açıqlama bu gün yayılıb. Kemi Sebanın vəkili bildirib ki, o, regionun daxili məsələlərinə kənar müdaxilə, eləcə də xarici dövlətin xeyrinə casusluq faktları üzrə qaldırılan cinayət işi çərçivəsində dindirilib. Yekunda məhkəmə Kemi Sebanın əməllərində cinayət tərkibinin olmadığına qərar verib. Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda…

Read More
Dünya 

Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi iflasa uğrayacaq – RƏY

Avropanın və ABŞ-nin ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışması, hakimiyyət dəyişikliyi aparmaq üçün çoxqütblü oyunlar qurması acı nəticələrə gətirib çıxarıb. Ona görə də Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi də iflasa uğrayacaq. Bu fikirləri “Report”a Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar vəziyyət haqqında danışarkən Bakı Dövlət Universiteti Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, əslən Gürcüstandan olan Knyaz Aslan deyib. Onun sözlərinə görə, adətən, xüsusi institutlar Qərbin hegemonluq maraqlarını həyata keçirmək məqsədilə siyasi proseslərə cürbəcür müdaxilə mexanizmləri işləyib hazırlayırlar: “Qərb konkret ölkənin, müəyyən xalqın xarakterik xüsusiyyətlərinə uyğun tərzdə hadisələri içəridən istədiyi məcraya yönləndirməyə səy göstərir.…

Read More
Dünya 

Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətində 4,7 və 4,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar saat 11:29-da qeydə alınıb. Zəlzələ insanlar arasında panikaya səbəb olub. Onların bir qismi zəlzələ olan zaman evlərini tərk edərək, küçələrə çıxıblar.//APA

Read More
Dünya 

Türkiyədən alış-veriş edənlərə ŞAD XƏBƏR – Pulunuz cibinizdə qalacaq…

Son həftələrdə türk lirəsinin dollar və avro qarşısında ucuzlaşması sürətlənib. Dollar həftənin əvvəlində 34 lirəni keçərək rekord qırıb. Avro isə ilk dəfə 38 lirəni ötüb. İlin əvvəlindən bəri TL dollar və avro qarşısında dəyərini təxminən 16% itirib. Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) əvvəllər həyata keçirilən sərt pul siyasəti nəticəsində TL-nin bahalaşdığını açıqlayıb. TCMB sədri Fatih Karahan, iyul ayında Bloomberg-də dərc olunan müsahibəsində bildirib: “Nə nominal, nə də real məzənnə hədəfimiz var, nə də real məzənnənin müəyyən qədər bahalaşması üçün mühəndislik aparmırıq. Bizim prioritetimiz sərt pul siyasəti və Nəticədə türk lirəsi…

Read More
Dünya 

Meksika sahillərində güclü zəlzələ baş verib

Meksika sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb. Report xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, episentr 159,8 min nəfərin yaşadığı Mansanilyo şəhərindən 279 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Read More
Dünya 

Sərt qışla bağlı XƏBƏRDARLIQ

Oktyabrın sonlarında Sibirdən Şimali Amerikaya qarın qeyri-adi yığılması qütb burulğanında sabitliyi poza bilər. Avropa və Şimali Amerikada zəif qütb burulğanı səbəbindən bu il qış sərt keçə bilər. Lent.az xarici KİV-ə istinadla bildirir ki, Severe Hava Europedan (SWE) Andrey Flisin analizinə görə, oktyabr ayının son iki həftəsində Sibirdən Şimali Amerikaya qədər qar qalınlığında əhəmiyyətli bir artım proqnozlaşdırılır. Bu erkən qar yığılması şimal yarımkürəsində qarşıdan gələn qışa əhəmiyyətli təsir göstərə bilər. Bildirilir ki, oktyabr ayında qarın yığılması qütb burulğanının sabitliyini poza bilər və bu, orta enliklərdə hava şəraitinə təsir göstərir. “Sabitləşməmiş qütb…

Read More
Dünya 

Mixail Mişustin: “Şimal-Cənub” nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq”

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ticarət və biznes üçün yeni imkanlar açacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib. “Rusiya MDB üzrə tərəfdaşları və İranla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini təşviq edir. Biz dəmir yolu, avtomobil və dəniz daşımaları infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçiririk. Bu, ticarət üçün yeni imkanlar açacaq və biznesə əlavə üstünlüklər qazandıracaq”, – o bildirib. M.Mişustin vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqəsinin təmin edilməsi, etibarlı…

Read More
Dünya 

Türkiyədə baş verən dəhşətli zəlzələnin GÖRÜNTÜLƏRİ

Türkiyədə baş verən 5.9 bal gücündə zəlzələnin görüntüləri yayılıb. BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, video Elazığda çəkilib. Görüntülərdə evlərdən birində çil-çırağı zəlzələnin təsirindən əsdiyi və insanların təşviş içində küçələrə axın etdiyi kadrlar əks olunub. Xatırladaq ki, yeraltı təkanın dərinliyi 10,07 kilometr olub və hadisə Malatya vilayətində qeydə alınıb.

Read More
Dünya 

Görücü Vanqa ili açıqlayıbmış – Bu tarixdə qiyamət qopacaq

Məşhur kahin Vanqanın 2025-ci il ilə bağlı proqnozları geniş müzakirə mövzusudur. Onun iddiasına görə 2025-ci ildə Avropada ciddi bir daxili münaqişə baş verəcək və bu, qitənin əhalisinin çox hissəsini məhv edəcək. Bu münaqişə, insanlığın məhvə doğru gedəcəyi prosesin başlanğıcı olacaq. Vanqanın sözlərinə görə, bu, tam apokalipsis olmayacaq, lakin bu hadisə dünyanın tarazlığını ciddi şəkildə pozacaq və növbəti dövrlərdə daha böyük fəlakətlərin başlanğıcına səbəb olacaq. Bundan əlavə, Vanqa 2025-ci ilin müasir dünyanın texnologiya və enerji sahəsində böhranlarla qarşılaşacağı bir dövr olacağını proqnozlaşdırıb. İnsanlar 2028-ci ildə alternativ enerji mənbələri axtarmaq üçün Venera planetini…

Read More
Dünya 

Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək

Tailand BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) “yaşıl” iqtisadiyyata ədalətli keçidi təşviq etmək və iqlim dəyişikliyinin təsirlərinə daha çox həssaslıq nümayiş etdirən inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə İtki və Zərər Fondunun fəaliyyətinin təmini üçün istifadə etmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə yerli “The Nation” nəşrinə Tailand hökumətindəki mənbə bildirib. Nəşrin məlumatına görə, Tailandın mövqeyi baş nazirin müavini Prasert Cantararuanqtonun (Prasert Chantararuangthong) və təbii sərvətlər və ətraf mühit naziri Çalermçay Şri-onun (Chalermchai Sri-on) rəhbərlik etdiyi İqlim Dəyişikliyi üzrə Milli Komitə tərəfindən qəbul edilib.…

Read More