Dünya 

Türkiyədə 27 nəfərin ölümü ilə nəticələnən terror aktı törətmiş şəxs tutulub

Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu Ahmet Kalker ələ keçirilib. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Əməliyyatın detalları və A.Kalkerin hansı terror təşkilatını təmsil etdiyi hələ ki, açıqlanmayıb. Bildirilib ki, onun 1995-2000-ci illərdə Türkiyənin Tunceli şəhərində həyata keçirdiyi terror aktı nəticəsində 27 mühafizə əməkdaşı, 35 mühafizə əməkdaşı və iki mülki şəxs yaralanıb. Başqa bir məlumata görə isə Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada nöqtə əməliyyatı keçirib. Nəticədə PKK/YPG terror təşkilatının iki rəhbəri – Hüseyn Öztürk və Vidan Fate öldürülüb.

Read More
Dünya 

Gürcüstanın Baş naziri: Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz

Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib. “Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – “radikal müxalifət” və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır”, – deyə İrakli Kobaxidze bildirib.

Read More
Dünya 

Bu uşaqlar karyerada daha uğurlu olacaqlar- Araşdırma

Uşaqlıqda video oyun oynayanlar gələcəkdə daha çox qazanır. ARANTV.AZ  xəbər verir ki, Prodigy Education-un araşdırmasına əsasən, uşaqlıqda video oyunlarla məşğul olanlar karyera uğurlarına 71% daha çox nail olurlar və orta hesabla ildə 5115 dollar artıq qazanırlar. “Video oyunlar strateji bacarıqlarını, komanda şəklində işləmək və problemləri həll etmə qabiliyyətini inkişaf etdirir – bunlar uğurlu karyera qurmaq üçün vacib olan əsas bacarıqlardır”,-araşdırmada bildirilir.

Read More
Dünya 

Avropa İttifaqından Qaqauz türklərinə qarşı qərəzli SANKSİYA

Avropa İttifaqı (Aİ) xristian türklərinin yaşadığı Qaqauziya Muxtar Bölgəsi liderlərinə qarşı sanksiya qərarı qəbul edib. Oktyabrın 14-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell tərəfindən elan edilən sanksiya “Rusiyanın Moldovanı qeyri-sabitləşdirmək üçün birbaşa müdaxilələrinə töhfə verdikləri” səbəbiylə izah edilib. Bu məsələdə Aİ rəhbərliyi, Qaqauz Muxtar Bölgəsinin rəhbəri Yevgeniya Gutul ilə birlikdə üç türk rəhbərini “Moldova Respublikasını qeyri-sabitləşdirən fəaliyyətlərdə” günahlandırır. Siyahıda olan digər üç türk rəhbər isə müxtəlif vəzifələrdə çalışan Mixail Vlah, Yuri Kuznetçov və İlya Uzundur.  Avropa İttifaqı onları “Moldovada separatçılığı təşviq etmək, bu yolla konstitusiya quruluşunu…

Read More
Dünya 

Təhsil sisteminin yenidən dizaynı – CONNECTED-2024-də müzakirə olunacaq

18-19 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astanada CONNECTED-2024, mədəniyyətlərin və fəlsəfələrin, texnologiyaların və innovasiyaların dünyagörüşü prizmasından gələcəyin imicinin dərk edilməsi, təbiətlə qarşılıqlı əlaqə mövzusunda beynəlxalq konfrans keçiriləcək. Qarşıdan gələn tədbirin əsas şaquli istiqamətlərindən biri də “Gələcək Təhsil və Elm” olacaq. İştirakçılar qlobal liderlik üçün intellektual kapitalın formalaşdırılması, ali təhsilin rəqabətqabiliyyətliliyi strategiyasının qurulması və müasir çağırışlar və imkanlar nəzərə alınmaqla yeni elm modelinin hazırlanması məsələlərini nəzərdən keçirəcəklər. Bu vertikalın təşkili və həyata keçirilməsi müvafiq nazirliklər tərəfindən dəstəklənəcək: onun işində Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və Qazaxıstan…

Read More
Dünya 

Kanakidən sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil – BƏYANAT

Kanakidən sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil. Bu barədə Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsinin yaydığı bəyanatda deyilib. Qeyd edilib ki, bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir. “Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir. Martiniki bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var – yaşamağın baha olması və yerli əhaliyə qarşı hörmətsizlik. Baha həyat, ərzaq…

Read More
Dünya 

Gürcüstan seçimə məcbur edilir: Qərb, yoxsa Rusiya daha faydalıdır?

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi yaxınlaşdıqca ölkəni iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirəcək dərəcədə ciddiləşən Qərb-Rusiya istiqaməti özünün ən yüksək mərhələsinə qədəm qoyub. Xüsusən də prezidentliklə hökumət arasında ziddiyyətlər bu gərginliyi maksimal həddə çatdırıb. Belə ki, Prezident Salome Zurabişvili Avropa İttifaqına inteqrasiya tərəfdarı olsa da, Baş nazir İrakli Kobaxidze Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. Gürcüstan və region üçün ən mənfi ssenari isə vətəndaş qarşıdurması və proseslərin məhvərindən çıxmasıdır. Artıq Salome Zurabişvili parlament seçkisindən əvvəl “keçid dövründə təsis ediləcək” texniki hökuməti elan etməyi də planlaşdırır və…

Read More
Dünya 

Dünya şokda! Çində yenə bəla tapıldı: “Bataqlıq virusu” gəlir

Çin alimləri gənə ilə ötürülən virus aşkar ediblər. Monqolustanda bir şəxs parkda gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində virus aşkar ediblər. Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir. vakansiyalar Virusun adı “Bataqlıq Virusu”dur. Araşdırmalar nəticəsində, qoyun, donuz və atlarda bu virus aşkar edilib. Bu heyvanların virus daşıyıcısı ola biləcəyi irəli sürülüb. İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib. Gənə xəstəliklərindən qorunmaq üçün meşələrdə və çəmənliklərdə gəzərkən uzun şalvar geyinmək lazımdır. Əgər…

Read More
Dünya 

“Mirsad-1” “Dəmir Günbəz”i necə yardı: ortada ABŞ barmağı var?

Yaxın Şərq müharibəsi dünyanın yeni silahlanma texnologiyasını tam şəkildə ortaya qoyur. Buna qədər İsrail dəqiq raket zərbələri ilə Hizbullah liderlərini qətlə yetirmişdisə, Hizbullahın Hayfanın cənubunda Binyamin şəhərindəki hərbi bazanı vurması “Dəmir Günbəz”in keçilməzlik sindromunu məhv etmiş oldu. İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən Binyamin şəhərinə raket hücumunun “Mirsad-1” adlı pilotsuz təyyarə ilə edildiyi və bu raketlərin həcmcə kiçik və aşağıdan uçması səbəbindən aşkarlanmadığı bildirilib. İsrail ordusunun sözçüsü bildirib ki, fələstinlilər raket texnologiyasını yeniləyiblər və son münaqişədə Rusiya istehsalı olan raket sistemindən istifadə etdikləri təxmin olunur. Halbuki Hizbullah tərəfindən “Mirsad-1” ilk…

Read More