Ermənistanda zəlzələ oldu
Ermənistanın Cermuk rayonunda (İstisu rayon – red) 21 kilometr şimal-qərbdə zəlzələ olub. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə alıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib. Zəlzələ hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.//Report
Read More