Dünya 

Prezidentlər nə yeyir? – Aşpazları danışır

Məşhur siyasətçilərin və kral ailələrinin aşpazları onların üstünlük verdiyi yeməklərdən danışıblar. Məşhur aşpazların ildə bir dəfə toplaşdığı “Chefs de Chefs” klubunun iclasında kulinariya yenilikləri müzakirə olunur. Hər il bu klub dünyanın hər yerindən dövlət başçılarının aşpazlarını bir araya gətirir. Təşkilat 1977-ci ildən fəaliyyət göstərir. Ağ Evdə 25 il çalışmış aşpaz Kris Komerfordun sözlərinə görə, Co Bayden və Kamala Harrisin oxşar üstünlükləri var. Onlar ağır iş günündən sonra sadə və qidalı yeməklərə üstünlük verirlər. Aşpaz deyir ki, onlar pomidor sousu ilə makaron sevirlər. İtaliya prezidenti Sercio Matarellanın aşpazının dediyinə görə, prezidentin…

Read More
Dünya 

Böyük müharibənin bir addımlığında : Vaşinqton İsraili savaşdan çəkindirə biləcəkmi…

Hizbullah rəhbərliyində boşalan yerlərin hamısına yeni təyinatlar həyata keçirilib. Artıq təşkilatda “boş yer yoxdur”. Bu barədə açıqlamanı Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim bildirib. 8 oktyabr Hizbullah və İsrail arasında toqquşmaların başlamasının ildönümü münasibəti ilə yaydığı müraciətdə Nəim Qasim bildirib ki, təşkilatda daha əvvəl müəyyən edilmiş qaydalara əsasən İsrail hücumları nəticəsində dünyasını dəyişmiş lider və komandirlərin hamısının yerinə təyinat olub. Şeyx Nəim Qasim uzun illər Hizbullah baş katibinin müavini olub, əsasən siyasi məsələlər və təşkilat adından çıxışlar edib və faktiki olaraq təşkilatın ikinci adamı olub. Ancaq Şeyx Nəim Qasim…

Read More
Dünya 

Riyaziyyatdan zəif olan şagirdlər üçün klinika açılacaq

Şanxayda riyaziyyatı öyrənməkdə çətinlik çəkən uşaqlara kömək etmək üçün klinika açılacaq. Bu barədə “South China Morning Post” məlumat yayıb. Klinikaya Şanxay Jiaotonq Universitetinin Psixologiya və Davranış Elmləri İnstitutu ilə əməkdaşlıqda xəstəxananın psixiatriya xidməti komandası rəhbərlik edəcək. Klinikadan verilən açıqlamaya görə, fəza idrak qabiliyyətləri şagirdin riyaziyyat problemlərini, xüsusən də həndəsə məsələlərini həll etmək bacarığında həlledici rol oynayır. Həmçinin qeyd edilib ki, məkan qavrayışı və təxəyyülündəki çatışmazlıqlar tələbələrin cəbr, fizika və kimya kimi kurslarda fəaliyyətinə mənfi təsir göstərə bilər.//Axşam.az

Read More
Dünya 

Ermənistan Koreyadan tank almağa hazırlaşır

Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” şirkəti tərəfindən hazırlanmış K2 “Qara Pantera” döyüş tanklarının alınması imkanlarını öyrənmək üçün sentyabr ayında Cənubi Koreyaya səfər edib. Bu barədə “Army Recognition” müdafiə xəbər platforması Cənubi Koreyanın “Çosun Biz” nəşrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Ermənistanın müdafiə naziri sentyabrın 9-da və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib və K2 tankına xüsusi maraq göstərərək Cənubi Koreya silahlarının tədarükü ilə bağlı danışıqlara başlayıb. Qeyd edək ki, Cənubi Koreya ordusunun…

Read More
Dünya 

HƏMAS lideri Sinvar sağdır və uzun sükutdan sonra əlaqə saxlayıb

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun sükutdan sonra əlaqə saxlayıb. Bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb. Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki Həmas nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlar çatdırıb. İsrail rəsmisi bildirib ki, HƏMAS liderinin mesajları dəqiq nə vaxt göndərdiyi məlum deyil, lakin qeyd edib ki, onun mesajları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşalmasına işarə etmir.

Read More
Dünya 

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası başlayıb

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli növbəti iclası başlayıb. “Report”un Rusiya bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. İclasdan əvvəl nazirlər birgə foto çəkdiriblər. Daha sonra nazirlərin mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası keçirilib.

Read More
Dünya 

Putinin ad günündə xoşagəlməz hadisə: Peskov bunu ABŞ-ın qəsdi adlandırdı

ABŞ-da qanunsuz silah alveri ittihamı ilə məhkum olunmuş və iki il əvvəl məhbus mübadiləsi nəticəsində Moskvaya qayıdan rusiyalı Viktor But AK-47 hücum tüfənglərinin satışı üçün Yəmən “Husilər”i ilə razılaşmada iştirak edib. Bu barədə “The Wall Street Journal” (WSJ) anonim mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Butun özü bu məlumatı saxtakarlıq adlandırıb. O qeyd edib ki, material qəsdən Rusiya prezidenti Vladimir Putinin doğum günü üçün dərc edilib. Nəşrin Avropa təhlükəsizlik xidmətlərindən birindəki həmsöhbəti bildirib ki, danışıqlar 2024-cü ilin avqustunda Moskvada aparılıb. Mənbələrin məlumatına görə, But 10 milyon dollara pulemyot almaq üçün…

Read More
Dünya 

Zaxarova: Bakı və Moskva regional məsələlərin həllində fəal əməkdaşlıq edirlər

Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişafının deyil, həm də ölkələrimizin qarşılıqlı fəaliyyət göstərdiyi regional məsələlərin həllinin vacibliyindən çıxış edərək bütün sahələrdə fəal əməkdaşlıq edirlər. “Report”a bu barədə eksklüziv şərh verən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.

Read More
Dünya 

Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib

ABŞ səfirliyi Gürcüstanda dezinformasiya məkanına çevrilib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. “Nə qədər xəbər paylaşılsa da, hər biri dezinformasiya və manipulyasiya idi. Bütün xəbərlər dezinformasiya və ya manipulyasiya xarakteri daşıyırdı, bu isə əlbəttə ki, bizim ümumi demokratik dəyərlərimizə ziddir”, – Şalva Papuaşvili bildirib. Qeyd edək ki, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində “Gürcü Arzusu” partiyası və onun qurucusu Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər görünüb.

Read More
Dünya 

Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edilib

Suriyadan sentyabrın 18-də altı, İraqdan oktyabrın 7-də iki nəfər Azərbaycana repatriasiya edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan şəxslərin Azərbaycana repatriasiyası həyata keçirilib. Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə…

Read More