Dünya 

Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başladı. “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Qeyd edək ki, iclas çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur. İclasdan öncə nazirlər birgə foto çəkdirdilər. Daha sonra nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclas keçirəcəklər. Bakı vaxtı ilə saat 14-də xarici işlər nazirləri şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər…

Read More
Dünya 

Lavrov Gürcüstanın separatçı rejimlərin “nazirləri”nə nə dedi?

Rusiya qondarma rejimlərini “tanımaq” qərarını hələ dəyişmək istəmir Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Abxaziyanın xarici işlər naziri Sergey Şamba və Cənubi Osetiyanın xarici işlər naziri Axsar Djioyev ilə görüşüb. Görüşlər ikitərəfli və üçtərəfli formatda baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “nazirlər Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya münasibətlərinin geniş spektrini və xarici siyasət gündəmini, eləcə də qarşılıqlı maraq doğuran məsələlər, problemlər və mövzuları müzakirə edəcəklərini” demişdi. Musavat.com qruzia.online-yə istinadən xəbər verir ki, Sergey Lavrov qondarma Cənubi Osetiyanın “XİN”rəhbəri ilə görüşdə Rusiyanın “2008-ci ilin qərarlarına yenidən baxılmayacağını” bəyan…

Read More
Dünya 

ŞOK MƏLUMAT üzə çıxdı: Xamenei Nəsrullaha deyib ki…

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin hücumundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib. Üç İran mənbəsi bildirib ki, Xamenei həmçinin İsrailin Tehranda hökumətin yüksək pillələrinə sızmasından da narahatdır. “Reuters”ə açıqlama verən yüksək rütbəli İran rəsmisi sentyabrın 17-də “Hizbullah”ın hücumundan sonra Xameneinin Nəsrullaha İrana qaçmaq üçün təcili mesaj göndərdiyini açıqlayıb. Mesajda İsrailin “Hizbullah” daxilində agentlərinin olduğu və İsrailin Nəsrullahı öldürməyi planlaşdırdığı bildirilir. (APA)

Read More
Dünya 

AYNA: Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 350 avtomobil gözləyir. “Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 14, “Biləsuvar” gömrük postunda 38, “Astara” gömrük postunda isə 18 yük maşını var. “Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.

Read More
Dünya 

İran uçuşları bərpa edib

İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava yolları məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib. “Report” xəbər verir ki, məlumatı İLNA informasiya agentliyi yayıb. Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb. Bildirilib ki, bir müddət əvvəl sentyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.

Read More
Dünya 

Gürcüstanda yeni qanun: eynicinslilərlə evlənmək, cinsiyyətin dəyişdirilməsi əməliyyatı qadağan ediləcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili LGBT təbliğatını qadağan edən qanunu imzalayıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Papuaşvilinin Facebook-da yerləşdirilən bəyanatında bildirilib. “Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. İmzaladığım qanun indiki müvəqqəti, dəyişən ideyaları, ideologiyaları əks etdirmir. O, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəmlənən xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır”. Papuaşvili prezidentin qanunu imzalamaqdan imtina etmək qərarını simvolik adlandırıb. Parlament sədrinin sözlərinə görə, ölkə başçısı qanunun Qərb tərəfdaşlarının qınağına səbəb olacağını yaxşı bilir. “Gürcülər…

Read More
Dünya 

Türkiyə TŞ Azərbaycan- Ermənistan və İran-İsrail münasibətlərini müzakirə edəcək

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək. “Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq. Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq. Bundan başqa, toplantıda Azərbaycanla Ermənistan arasında münasibətlər barədə də fikir mübadiləsi aparılacaq. Həmçinin, Şərqi Avropada davam edən müharibə və terrorla mübarizə də gündəlikdədir.

Read More
Dünya 

Bu həftə Tehranda cümə namazını Xamənei qılacaq

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei oktyabrın 4-də cümə namazı xütbəsi mərasimini özü keçirəcək. “Report” xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamənei cümə namazını qılacaq.

Read More
Dünya 

Paşinyandan sülh sazişi ilə bağlı – Qadağa

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib ki, o, müxalifətə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmağı qadağan edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağı qadağan etdim və düzgün etdim”, – deyə o bildirib. Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib. Paşinyan qeyd edib ki, onlar “manipulyasiya” etmək qərarına gəliblər. Belə olduqda, Baş nazir “diplomatik etikaya”…

Read More