Dünya 

Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb. “Report” xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir. “Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, – deyə bəyanatda qeyd edilib. Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər

Read More
Dünya 

İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib

Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgər həlak olub. “Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Vurğulanıb ki, Qəzza zolağında və Fələstin anklavı sərhədləri boyunca əməliyyatın başlanmasından bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb. Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 723 nəfərə çatıb.

Read More
Dünya 

ÜST-dən yeni qlobal epidemiya riski barədə XƏBƏRDARLIQ

Sentyabr ayında Ruandada yayılan Marburq qızdırması Konqo Demokratik Respublikası, Tanzaniya və Uqanda da daxil olmaqla digər qonşu ölkələrə keçə bilər. “Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib. ÜST bu üç ölkənin hakimiyyət orqanlarından Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib. Qeyd edək ki, sentyabrın 27-də Ruanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırmasını törədən virusla eyni sinfə aid olan Marburq qızdırmasının epidemiyasının başladığını təsdiqləyib. ÜST-ün məlumatına görə, bu günə qədər Ruandada 26 Marburq qızdırması aşkarlanıb, 9 nəfər ölüb. Xəstələrin 70%-i paytaxt Kiqalidəki iki xəstəxananın…

Read More
Dünya 

Rusiya XİN: Azərbaycan ərazisində nümayəndəliklərin açılması üzərində iş aparılır

Hazırda Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir. “Report” xəbər verir ki, bu barədə Rusiya XİN-in konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib. “Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq”, – o qeyd edib.

Read More
Dünya 

Gürcüstandan İsrailə uçuşlar ləğv edilib

İsrailin “ARKIA” və “EI AI Israel” aviaşirkətləri çərşənbə gününə keçən gecə Tbilisidən Təl-Əvivə planlaşdırılan reysləri ləğv edib. “Report” xəbər verir ki, bu barədə “Sputnik-Gürcüstan”a Tbilisi Beynəlxalq Hava Limanının “qaynar xətt”indən məlumat verilib. Ötən gün “ARKIA” aviaşirkəti yerli vaxtla saat 23:00-a planlaşdırılan Tbilisi – Təl-Əviv reysini ləğv edib. Bundan başqa, “İsrail Hava Yolları”nın gecə saat 00:20-də Təl-Əviv istiqamətindəki reysi ləğv edilsə də, bu gün Tbilisi vaxtı ilə saat 14:00-da Larnaka (Kipr) istiqamətində həyata keçiriləcək.

Read More
Dünya 

İran-İsrail müharibəsi bu halda ABŞ-İran müharibəsinə çevriləcək

Ötən gün İran İsrailə ciddi hava zərbəsi endirdi. Məlumata görə, İsrailə 500-ə qədər hipoersonik raket atan İran İsrailin 3 hərbi bazasını hədəfə götürüb. Həm İsrailin, həm də İran yetkililərinin hücum barədə qarşılıqlı açıqlamaları narahatlıq doğurur. Belə ki, İsrail baş naziri Binyamin Netanyahu hücumdan sonra verdiyi açıqlamada İranın bu zərbələrinə cavablarının ağır olacağını bildirib. İran prezidenti Məsud Pezişkiyanın ona özünün X səhifəsindən cavabı isə belə olub: “Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir. Bu, gücümüzün yalnız cüzi bir hissəsidir, İrana qarşı gəlməyin”. Sual olunur: İran-İsrail savaşı böyüyüb…

Read More
Dünya 

Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant dalğasından ehtiyat edir

Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. “Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, – PAP agentliyi nazirin sözlərindən sitat gətirib. O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.  

Read More
Dünya 

Tarix dərsliyinə düşməyən plan – İkinci Dünya müharibəsində Moskva necə “yox” oldu

İkinci Cahan savaşında “dirilən” Lenin – Faşistlərdən gizlədilən SSSR-nin ürəyi Bu əməliyyat tarix kitablarına daxil edilməyib və xüsusilə qəhrəmanlıq hesab edilmir, lakin İkinci Dünya müharibəsi zamanı Kremli və “Lenin” mavzoleyini faşistlərin hava hücumundan müdafiə etməyə kömək edən hiyləgər plan idi. Heç kimə sirr deyil ki, Almaniya aviasiyasının əsas hədəfi SSSR-nin ürəyi və idarəetmə mərkəzi – Kreml idi, lakin Moskvaya çatan faşist pilotları sadəcə olaraq, əsas məqsədləri olan hədəflərini aşkarlaya bilmirdilər. Bəs, Moskvanın mərkəzində 30 hektar ərazi necə gizlədilirdi? 1939-cu ildə Kremlin komendantı olan Nikolay Spiridonov İkinci Dünya müharibəsi başlayandan sonra…

Read More
Dünya 

Baxanları düşündürən, mənalı heykəllər – 20 əsərin fotosu

Böyük ustad, şair, aşıq Ələsgərin abidəsinin polemikaya səbəb olması ilə bağlı oxucularımıza müasir heykəltəraşlığın parlaq nümunələrindən 20-sinin fotoşəklini təqdim edirik. 1. Lülləsi düyünlənmiş tapançanın bəşəriyyətə verdiyi mesajın nə olduğunu şərh etməyə ehtiyac yoxdur. Bunu hamı bilir. 2. Bu, 1-ci dünya müharibəsində Anadolu türklərinin Antanta qüvvələrinə müqavimət səngəridir. Türkiyədə, Eceabat qəsəbəsindədir. 3. Bu sadə monument “Üfüqlər” adlanır, Neyl Dauson tərəfindən yaradılıb. Yeni Zelandiyadadır. 4. Az qala heykələ yox, həyatdan çəkilmiş fotoşəkilə oxşayan abidənin adı “Mal-qaranın aparılması”dır. ABŞ-nin Texas ştatındadır. 5. Bu əsər “Polisə zarafat” adlanır. Belçikadadır. Orda da polislə zarafatın axırı…

Read More