Dünya 

Martinikdə fransız zorakılığı: polislər etirazçılara qarşı silahdan istifadə edir

Martinikdə müstəmləkəçiliyə qarşı, xüsusilə sosial və siyasi səbəblərdən əhali ayağa qalxıb. Artıq barrikadalar qurulur, hüquq-mühafizə orqanlarının zorakılığına qarşı müqavimət güclənir. “Report” xəbər verir ki, polislərin dinc əhaliyə qarşı odlu silahlardan istifadə etdiyinə dair görüntülər də paylaşılır. Martinik əhalisi ciddi sosial problemlərdən, bahalıqdan və əhalinin gəlirlərinin çox az olmasından əziyyət çəkir. Onlara xarici ölkələrlə ticarət əlaqələri qurmağa icazə verilmir. Martinik əhalisinə yalnız materik Fransası ilə iqtisadi əlaqələr qurmağa imkan verilir. Martinikdəki bütün böyük ticarət şəbəkələri etnik fransızların monopoliyasında olduğundan onlar bu məhdudiyyətlərdən gəlirlərini dəfələrlə artırmaq üçün istifadə edirlər. Əhali Fransanın kolonial siyasətinə,…

Read More
Dünya 

İran hökuməti daha bir neçə məhbusu edam edib

İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, dünən Lahican və Qəzvin şəhərlərinin zindanlarında üç məhbus dar ağacından asılıb. Məlumata görə, məhbuslardan ikisi “narkotik qaçaqmalçılığı”, biri isə “qəsdən adam öldürmək”də günahlandırılıb. Qeyd edək ki, bu il İran həbsxanalarında edam olunan məhbusların sayı 450 nəfəri keçib. Ötən il isə 21-i qadın olmaqla ən azı 767 məhbusun edam cəzası icra edilib./ Azad İran

Read More
Dünya 

Ərdoğanla görüş Paşinyanın son şansıdır-ŞƏRH

“Türkiyə və Azərbaycan regionda sülhün tərəfdarı kimi çıxış edirlər. Sinxron addımlarında qonşularla münasibətlərin yaxınlaşmasını, əlaqələrin genişləndirilməsini əsas götürən iki qardaş türk dövləti, təbii ki, milli maraqlara söykənərək işğalçı dövlət olan Ermənistana sivil qaydalara, beynəlxalq sənədlərə hörmətlə yanaşmağı tövsiyə edirlər. Ermənistan guya müstəqil siyasət yürüdür, əlaqələrində balans yaradır. Amma İrəvanın müstəqil olmadığı, bir yox, bir neçə sahibinin olduğu ortadadır. Məhz maşasını tutduğu dövlətlərin sayəsində Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, işğalçı siyasət yürüdüb və nəticədə Azərbaycan ordusu tərəfindən məğlub edilib”. Bu barədə Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin…

Read More
Dünya 

JF-17C təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib. “Report”un xəbərinə görə, JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb. Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Read More
Dünya 

“Ukraynadakı müharibədə diplomatiyanın imkanları getdikcə azalır” -Ərdoğan

Ukraynadakı müharibədə diplomatiyanın imkanları getdikcə azalır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ukraynada yaxın vaxtda ədalətli sülhün təmin olunması hələ də inandırıcı deyil: “Silahlanma yarışı getdikcə sürətlənir”./Report.az/

Read More
Dünya 

Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər

Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər. “Report” xəbər verir ki, araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib. Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər. Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir. Yeridildikdən 20 dəqiqə sonra…

Read More
Dünya 

Türkiyə Prezidenti: Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb

Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb. “Report” xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk evini ziyarət edərkən deyib. O bildirib ki, Azərbaycan və Ermənistanla birlikdə regionda daimi sülh və sabitlik yarana bilər. Ərdoğan söyləyib ki, Türkiyə Balkanlardakı konstruktiv mövqeyi və Yaxın Şərqdəki diplomatik həmlələri ilə fərqli bölgələrdəki təsir imkanlarını artırır.

Read More
Dünya 

SON DƏQİQƏ! Rusiya səfirinin korteji MİNAYA DÜŞDÜ

Rusiyanın Pakistandakı səfiri Albert Xorevin müşayiət edən avtomobil Hayber-Paxtunxva əyalətində minaya düşüb. Bu barədə Rusiya diplomatik missiyası sosial şəbəkədə məlumat verib. Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib. “Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – məlumatda deyilir. Qeyd olunub ki, diplomatlar hadisə sonucunda xəsarət almayıblar. Pakistan Xarici İşlər Nazirliyi öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını əldəqayırma partlayıcı qurğuya düşüb, nəticədə…

Read More
Dünya 

Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Paşinyan Ermənistan – ABŞ münasibətlərinin “dinamik xarakterini” vurğulayıb və ABŞ administrasiyasının Ermənistanda institusional islahatların həyata keçirilməsinə dəstəyinin əhəmiyyətini qeyd edib. O həmçinin ABŞ-nin dəstəyi ilə öz ölkəsində, o cümlədən infrastrukturun yaxşılaşdırılması üzrə məqsəd proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. Həmsöhbətlər cari ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan – Aİ – ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmalara və onların həyata keçirilməsi…

Read More
Dünya 

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən deyib. “Diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Mənim fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdən, biz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin…

Read More