Dünya 

Şimali Koreya lideri Şoyqu ilə beynəlxalq gündəlikdəki bir sıra məsələləri müzakirə edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib. “Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, onlar görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərin geniş spektrini müzakirə edib.

Read More
Dünya 

Narinin anası və qardaşı HƏBS OLUNDU

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var. Qeyd olunub ki, Diyarbakır Ədliyyəsində 25 saatlıq sorğu-sualın ardından şübhəlilər cəzaçəkmə müəssisəsinə göndərilib. Məlumata görə, anası və qardaşı “Qəsdən adam öldürmədə iştirak”…

Read More
Dünya 

Narinin qətli ilə bağlı YENİ ETİRAF: “Əmisi mənə təzyiq etdi”

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı davam edir. İstintaq çərçivəsində nəzarətə alınan və aralarında Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd əmisi və həbs olunan əmisi Salim Güranın arvadının da olduğu 23 şübhəlidən biri sərbəst buraxılıb. Digər 22 şübhəlinin dindirilməsinə başlanılıb. Məlumata görə, proses zamanı qətlə bağlı istintaqın gedişatını dəyişəcək yeni etiraf gəlib. Daha əvvəl axşam saat 18:40-da Narini gördüyünü iddia edən 17 yaşlı qız yalan danışdığını etiraf edib. “Narini görməmişəm.…

Read More
Dünya 

Rusiya Donbasa raket zərbələri endirdi – BQXK-nin üç əməkdaşı ÖLDÜ

Rusiya ordusu Ukraynanın Donbas bölgəsində humanitar yardım paylama məntəqəsinə zərbələr endirməsi nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin üç əməkdaşı ölüb, ikisi yaralanıb. Məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsi yayıb. Yerli sakinlər arasında xəsarət alan olmayıb. BQXK prezidenti Miryana Spolyariç hücumu pisləyib. Ukrayna Prezidenti Volodimir Zelenski hadisənin fotosunu dərc edib və ölənlərin yaxınlarına başsağlığı verib./Report

Read More
Dünya 

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb. “Report”un məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir. “Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay – 2025-ci il martın 15-dək uzadıb”, – sənəddə bildirilib. Qeyd edək ki, sanksiyalar 2014-cü ildən qüvvədədir.

Read More
Dünya 

Putin İran Təhlükəsizlik Şurasının katibini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. “Report” xəbər verir ki, məlumatı TASS yayıb. Görüşdə Rusiya Prezidenti bildirib ki, 2024-cü ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Onun sözlərinə görə, hökumətlərarası birgə komissiyanın işinə xüsusilə tələbat var: “Bununla bağlı artıq Rusiya tərəfdən yeni nümayəndə təyin olunub. Biz onun həmkarının İran tərəfindən təsdiqi ilə bağlı qərarı gözləyirik”. Görüşdə Zəngəzur yolu ilə bağlı məsələnin müzakirə olunacağı da gözlənilir.

Read More
Dünya 

Şimali Kipr: Adada vəziyyət dəyişəcək, bütün ssenarilərə hazırıq

ABŞ-nin təhlükəli dəstəyi Şərqi Aralıq dənizində vəziyyəti dəyişəcək. “Report” xəbər verir ki, bu barədə Şimali Kipr Xarici İşlər Nazirliyinin ABŞ ilə yunan Kipri arasında artan hərbi əməkdaşlığa dair bəyanatında bildirilib. Qeyd olunub ki, bu, ABŞ-nin yunan tərəfinə verdiyi dəstəyin bariz nümunəsidir. Bəyanatda ABŞ soyuqqanlı hərəkət etməyə çağırılıb: “ABŞ regiondakı vəziyyəti dəyişmək cəhdlərinə son verməli, Kipr məsələsi ilə bağlı birtərəfli mövqeyini dayandırmalıdır”. Eyni zamanda vurğulanıb ki, Şimali Kipr regionda baş verə biləcək bütün ssenarilərə hazırdır: “Ana vətən Türkiyə ilə birlikdə lazımi tədbirləri görmək hüququmuzu özümüzdə saxlayırıq”. Bundan başqa, Türkiyə Milli Müdafiə…

Read More
Dünya 

İrəvanda keçiriləcək Aİİ forumunun gündəliyinə 30-a yaxın tədbir daxil edilib

İrəvanda keçiriləçək III Avrasiya İqtisadi İttifaqı (Aİİ) Forumunun gündəliyinə 30-a yaxın tədbir daxil edilib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bu il sentyabrın 30-dan oktyabrın 1-dək “Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər” forumu keçiriləcək. “Forumun məqsədi iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, ixrac potensialının stimullaşdırılması, əməkdaşlıq əlaqələrinin formalaşdırılmasıdır. Bundan başqa iştirakçı ölkələrin və üçüncü ölkələrin iri, orta və kiçik biznes subyektlərinin investisiya və innovasiya potensialının reallaşdırılmasıdır”, – məlumatda bildirilib.

Read More
Dünya 

Bill Qeytsdən dünyanı qorxuya salacaq növbəti XƏBƏRDARLIQ

ABŞ-li milyarder, “Microsoft”un qurucusu Bill Qeyts ola biləcək iki fəlakət barədə dünyaya xəbərdarlıq edib. O, bu barədə “CNBC Make It”ə müsahibəsində bildirib. “İndiki dünyada həddindən artıq iğtişaşlar “böyük müharibəyə” səbəb ola bilər. Böyük müharibədən qaçsaq da, yaxın 25 ildə daha bir pandemiya olacaq”,- deyə Bill qeyd edib. ABŞ-ni də tənqid edən Qeyts “Dünyanın liderlik etməsini və örnək olmasını gözlədiyi ölkə bu gözləntiləri doğrulda bilmədi” sözlərini söyləyib. Qeyts 2022-ci ildə “Növbəti pandemiyanın qarşısını necə ala bilərik?” adlı kitab yazıb.//Baku.ws

Read More