Dünya 

“O, iki gəlinləri ilə də gizli eşq yaşayır” – Narin cinayətində yeni detal – FOTO

Türkiyəni yasa boğan Narin cinayəti ilə bağlı yeni iddialar səsləndirilib. Meyiti dərədə çuvalda tapılan azyaşlının qətlinə görə saxlanılanlar sırasında olan Nevzat Bahtiyar cinayət barədə yeni fikirlər səsləndirib: “Narini öldürən əmisi Salim Güranın iki gəlinləri ilə də gizli münasibəti var idi. Ola bilsin ki, Narin onlar yaxınlıq edərkən görüb deyə uşağı öldürüblər”. Qeyd edək ki, Nevzat Bahtiyar cinayəti törətdiyinə görə yox, uşağın meyitini pul qarşılığında gizlətdiyinə görə həbs edilib. (milli.az)

Read More
Dünya 

Uill Smit Bakıya gəldi

Dünya şöhrətli aktyor və musiqiçi Uill Smit “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 çərçivəsində Azərbaycana gəlib. Məlumata görə, 55 yaşlı sənətçinin uçduğu təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Smit sentyabrın 13-də “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.//Olay.az

Read More
Dünya 

Aİ rəsmisi: Rusiya qazından imtina etməyə hazırıq

Avropa İttifaqı (Aİ) Rusiya qazından imtina etməyə hazırlaşıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. “Aİ tranziti Ukrayna vasitəsilə həyata keçirilən Rusiya təbii qazı olmadan yaşamağa hazırdır”, – o bildirib. K.Simsonun sözlərinə görə, tədarük həcminin 2021-ci ildəki 45 %-dən 2023-cü ildə 15 %-ə qədər azalmasına baxmayaraq, bu göstərici hələ də yüksəkdir. Qeyd edək ki, Ukrayna vasitəsilə Rusiyadan Avropaya qaz tranziti ilə bağlı müqavilənin müddəti bu ilin sonunda başa çatır. Ukrayna tərəfi onu uzatmayacağını dəfələrlə bəyan edib.

Read More
Dünya 

“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?”- Amerikadakı daşnaklar: “Onları parçalasaq”…

Daşnaklara məxsus olan və ABŞ-dan yayımlanan ingilisdilli “armenianweekly” saytında Harut Sassounian  “Armenia should exploit rifts between Azerbaijan and Turkey” (Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan çatlardan istifadə etməlidir) adlı məqalə ilə çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərini incələyən yazar bəzi incə mətləblərə toxunub. Bu barədə biz də dəfələrlə yazmışıq. Yazmışıq ki, Ermənistan və onların havadarları Türkiyə-Azərbaycan münasibətlərində mövcud olan qarşılıqlı inamı və etibarı sarsıtmaq üçün min oyundan çıxırlar. Bu məqalədə isə daşnak yazar bu barədə açıq mətnlə, özü də birmənalı şəkildə danışır. Məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Nəzərə almaq lazımdır…

Read More
Dünya 

Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb

ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarında əhəmiyyətli artım aşkar edib. “Report” xəbər verir ki, tədqiqat “Environmental Research Letters” (ERL) elmi jurnalında dərc olunub. Metan karbon qazı ilə müqayisədə planetin atmosferində istiliyi 23 dəfə daha səmərəli saxlayır. Təhlil göstərib ki, 2020-ci ildə dünyada 608 milyon ton metan havaya atılıb ki, bu da 2000-ci illə müqayisədə 12 % çoxdur. Metanın atmosferə daxil olmasının əsas mənbəyi insan fəaliyyətidir. Antropogen emissiyalar iyirmi ildə 18 % artıb. Müqayisə üçün, eyni dövrdə təbii qaz…

Read More
Dünya 

İran Prezidentinin İraqa səfəri başlayıb

İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb. “Report” xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, M.Pezeşkianın Bağdad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək. M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb. İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət…

Read More
Dünya 

Rusiya İrandan 200 ədəd raket alıb – informasiya müharibəsi, yoxsa…

Ekspertlər deyir ki, yeni modellər 2000 kilometr məsafədə hədəfi məhv etmək imkanına malikdir, amma… İran tərəfi Rusiyaya 112 kilometrlik məsafədəki hədəfə çatmağa qadir olan 200 ədəd “Fath-300″ tipli ballistik raket göndərib. Bu barədə “The Times” nəşri yazıb. Məqalədə iddia olunur ki, bu raketlərin ardınca adıçəkilən ölkəyə 500 kilometrlik məsafədəki obyektlərin vurulmasını təmin edəcək silah-sursatın tədarükü nəzərdə tutulur. Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniya Ukraynaya verdiyi “Storm Shadow” tipli raketlərdən Rusiya ərazisinə zərbə endirməyə icazə verilməsinin müzakirə olunduğunu açıqlayıb. ABŞ prezident administrasiyası isə İranın Ukraynaya növbəti hücumlar üçün ballistik raketləri…

Read More
Dünya 

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığına etiraz edib

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Sənəddə Fransanın Baş nazirinin hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqlarının heç kəsi çaşdırmadığı bildirilib: “Hökumətin növbəti addımı, şübhəsiz ki, “Fransa vətəndaşlarına” sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar “insan hüquqları” və “insan və malların sərbəst hərəkəti” ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş…

Read More