Dünya 

Araşdırma: Müharibə başlanandan 68 min nəfər Rusiya hərbçisinin həlak olduğu təsdiqlənib

Ukraynaya tammiqyaslı müdaxilədə iştirak edən azı 68 min 11 nəfər Rusiya hərbçisi və muzdlusu döyüş əməliyyatları zamanı həlak olub. Bu rəqəm müharibə başlanandan bəri itkilərin siyahısını tərtib edən jurnalistlər və könüllülər komandası tərəfindən müəyyən edilib. BBC-nin Rus xidməti, Mediazona resursu və onlara kömək edən könüllülər həlak olanların adlarını açıq mənbələrlə təsdiqləyirlər. Hesablamaların nəticələrinə görə bu həftə ilk dəfə olaraq itki sayında müdaxilə başlanandan sonra peşəkar müqavilə imzalamış hərbçilər kateqoriyası birinci yerə çıxıb. Təhqiqatçılar habelə 13 min 152 könüllünün həlak olması faktını təsdiq edə biliblər. Bu, Rusiya tərəfinin itkilərinin 20 faizini…

Read More
Dünya 

İtaliya Prezidenti: Çernobbio Forumu qitə üçün bir fürsətdir

Bu forum qitə üçün bir fürsətdir, çalışırıq belə tədbirləri keçirərək fikir və təklifləri bölüşək. “Report”un İtaliyaya ezam olunan əməkdaşının məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda onlayn çıxışı zamanı deyib. “Qərarlarımız Aİ çərçivəsində yekdil olmalıdır. Birmənalı olaraq bu gün biz həmrəylik dəyərlərini davam etdiririk. Biz bilirik ki, bu forum Avropanın siyasi səhnəsində uzunmüddətli bir layihədir”, – o qeyd edib. İtaliya prezidenti vurğulayıb ki, sülh səyləri dayanmamalı, həmçinin islahatlar davam etdirilməlidir: “Bəzi hallarda Aİ-nin bir sıra üzvləri elə vəziyyətdə…

Read More
Dünya 

Türkiyənin qarşısına ŞƏRT QOYULUB: “Ankara Aİ-yə üzvü olmaq istəyirsə…” – Lavrov

“Aİ Türkiyəyə işarə edir ki, Ankara blokun tamhüquqlu üzvü olmaq istəyirsə, Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləməlidir”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Avropa İttifaqı Ankaranın BRİKS-ə müraciət etməsi xəbərindən sonra Türkiyəyə xatırladıb ki, Aİ üzvlüyünə namizədlər blokun ümumi xarici siyasətinə, eləcə də təhlükəsizlik sahəsində xəttə riayət etməlidirlər. “Bu, Türkiyə Avropa Birliyinə üzv olmaq istəsə, anti-Rusiya sanksiyalarına qoşulmağın bariz göstəricisidir”, – Lavrov vurğulayıb. Qeyd edək ki, sentyabrın 2-də “Bloomberg” agentliyi, Türkiyə 2006-cı ildən mövcud olan BRİKS alyansına qoşulmaq üçün rəsmi ərizə verdiyini açıqlayıb.…

Read More
Dünya 

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 6 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda zəncirvari yol qəzasında 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 12 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedicilər cəlb edilib. Yaralılar sıxılmış vəziyyətdə qaldıqları avtomobillərdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan biri xəstəxanada ölüb. Qeyd edilir ki, yaralılardan daha ikisinin vəziyyəti ağırdır. Hadisənin başvermə səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır./Report

Read More
Dünya 

Putin deyir ki, Ukraynanın Kurska müdaxiləsi müharibəni təsirləndirməyib

Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də iddia edib ki, Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəni təsirləndirməyib. Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində keçirilən Şərqi Avrasiya Forumunda Putin bunu da iddia edib ki, Ukrayna öz qoşunlarını Rusiyanın Kursk vilayətinə göndərməklə, şərqi Donbas regionundakı qüvvələrini zəiflədib. Donbasın bu hissəsində Rusiya ordusu son həftələrdə əhəmiyyətli irəliləyişə nail olub. Putin deyib: “Düşmənin məqsədi bizi əsəbiləşdirmək, aranı qarışdırmaq və bizi qoşunlarımızı bir istiqamətdən başqa istiqamətə atmağa məcbur etmək, bizim əsas istiqamətlərdəki, ilk növbədə Donbasdakı hücumumuzu dayandırmaqdır. Düşmən bunu edə bilibmi? Yox,…

Read More
Dünya 

Paşinyan: Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturun olmamasıdır

Ermənistan idmanının əsas problemlərindən biri ölkədə infrastrukturun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Olimpiadasında iştirak edən Ermənistan komandası ilə görüşündə bildirib. “Əlbəttə, hamımız ümid edirdik ki, Olimpiadada qızıl medalımız olacaq, amma idman idmandır və arzular heç də həmişə reallaşmır… Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturunun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır”, – o deyib. Xatırladaq ki, Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edib, 91 komanda medal qazanıb, Ermənistan komandası isə ümumi medal sıralamasında 66-cı yeri tutub.//“Report”

Read More
Dünya 

Onların əmri ilə “İstanbul razılaşması” baş tutmadı – Putin detalları açıqladı

Rusiya heç vaxt “İstanbul razılaşmaları” əsasında Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib. ARANTV.AZ  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib. “Ancaq bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki olaraq paraflanan sənədlər əsasında danışıqlardan söhbət gedir. Moskva və Kiyev 2022-ci ilin martında İstanbulda münaqişənin həlli ilə bağlı razılığa gəliblər. Razılaşmalar təkcə Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyən Qərbin əmri ilə qüvvəyə minmədi”. Rusiya liderinin sözlərinə görə, ABŞ, Avropa və bəzi Avropa ölkələrinin elitaları arasında Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyinə…

Read More
Dünya 

Qırğızıstan öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarınaa müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Rusiya Federasiyasına səfər etmək üçün əsaslı səbəbləri olmayan Qırğızıstan vətəndaşlarına tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilir”, – məlumatda bildirilib.

Read More
Dünya 

Yer kürəsinin atmosferinə asteroid daxil olub

Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub. Nəşr qeyd edib ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun qalıqları isə dənizə düşəcək. Səma cisminin düşməsini Filippində müşahidə etmək olar. Alimlər asteroidin Yerə təxmini düşmə vaxtından səkkiz saat əvvəl görüblər. Bu, doqquzuncu dəfədir ki, alimlər səma cismi haqqında xəbərdarlıq edərək, onun atmosferə daxil olma anını dəqiq bildiriblər.//Oxu.Az

Read More
Dünya 

Türkiyədə sabahdan benzin və dizelin qiyməti ARTIRILIR – YENİ QİYMƏT

Son dövrlərdə Türkiyədə akaryakıt qiymətlərində dalğalanmalar yaşanır. Xüsusilə benzin və dizel qiymətləri qlobal bazarlardakı dəyişikliklər səbəbindən tez-tez dəyişir. Ən son məlumata görə, 3 Sentyabr 2024-cü il tarixində benzin və dizel qiymətləri stabildir. Dövlətlərarası valyuta məzənnələri və Brent neft qiymətlərindəki dəyişikliklər, eləcə də vergi artımları Türkiydə akaryakıt qiymətlərini birbaşa təsir edir. 4 Sentyabr Çərşənbə günündən etibarən benzin və dizelə 1,30 TL artım gözlənilir. Qlobal neft bazarlarının və valyuta məzənnələrinin təsiri ilə benzin və dizel qiymətləri tez-tez dəyişir. (news24)

Read More