Dünya 

Qazaxıstanda yüksəkrütbəli şəxs saxlanıldı

Qazaxıstanda Milli Qvardiyanın baş komandanının müavini saxlanılıb. Qeyd olunur ki, baş komandanın texnika və silahlanma üzrə müavini general-mayor Konstantin Voronkin 2023-cü ildə rüşvət aldığı üçün saxlanılıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumatı təsdiqləyib. “DİN Milli Qvardiyanın baş komandanının müavininin qanunsuz əməl törətməkdə şübhəli bilinərək saxlanılmasını təsdiqləyir. Nazirlik öz sıralarında korrupsiyanın hər hansı təzahürlərinə dözümsüzlüklə bağlı prinsipial mövqeyini ifadə edir, bununla bağlı mövcud qanunvericilik çərçivəsində obyektiv və hərtərəfli araşdırma aparılır”, – məlumatda bildirilir.//Oxu.Az

Read More
Dünya 

Aİ: Gürcüstanın təşkilata inteqrasiya prosesi faktiki olaraq dayandırılıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi faktiki olaraq dayandırılıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı bəyanatda qeyd edilib. “Avropa İttifaqı xatırladır ki, Gürcüstanın daxil olma prosesi faktiki olaraq dayandırılıb. Hakimiyyəti inteqrasiya yoluna qayıtmağa çağırır”, – Aİ-nin Gürcüstan parlamenti tərəfindən qəbul edilən LGBT təbliğatını qadağan edən qanun layihəsini pislədiyi bəyanatında bildirilib.

Read More
Dünya 

Rusiya XİN: Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdür

Rusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən deyib. “Biz qeyd edirik ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür”, – o bildirib. M.Zaxarova qeyd edib ki, Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil. “Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar maniakallıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların…

Read More
Dünya 

İrəvandan Bakıya gələcək nəqliyyat kommunikasiyaları ilə bağlı TƏKLİF

İrəvan Bakıya gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl mühafizə şirkətlərinə həvalə etməyi təklif edir. ARANTV.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. O bildirib ki, Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların həmin hissəsini özəl təhlükəsizlik agentlikləri də qorumalıdır. Və sərhəddə erməni sərhədçiləri və gömrükçüləri olacaq.

Read More
Dünya 

İran yaxın günlərdə Rusiyaya ballistik raketlər verə bilər – Qərb mediası

İran ən yaxın vaxtda Rusiyaya Ukrayna müharibəsində istifadə etməsi üçün ballistik raketlər verə bilər. Bu barədə Bloomberg agentliyi adları çəkilməyən iki Avropa məmuruna istinadla yazıb. Bloomberg-in mənbələri bunu da vurğulayıblar ki, İran hakimiyyətinin bu addımı atması Ukraynanı dəstəkləyən ölkələrin dərhal reaksiyasına səbəb olacaq. Tehranın Rusiyaya yüzlərlə ballistik raket vermək niyyəti barədə avqust ayında Reuters agentliyi kəşfiyyat mənbələrinə istinadla yazmışdı. Bloomberg agentliyinin xəbərində isə raketlərin Rusiyaya veriləcəyi artıq həll olunmuş məsələ kimi təqdim edilir. Əslində söhbət yaxın günlərdən gedir. Bununla belə mənbələr İranın Rusiyaya verəcəyi raketlərin tipi və sayı barədə məlumat…

Read More
Dünya 

Alimlərdən Günəşdə baş verən təhlükə ilə bağlı XƏBƏRDARLIQ

Günəşdə son dərəcə güclü partlayışın əlamətləri müşahidə edilib. Bu partlayış Yer kürəsindən görünməyən tərəfdə baş verib və onun nəticələri planetimizə çata bilər. Şəkillərdə son illərin ən iri plazma buludlarından biri aydın şəkildə görünür. Rusiya Elmlər Akademiyasının Kosmik Araşdırmalar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama verib ki, bulud Günəşin cənub-şərq kənarından ən azı 1,5 min km/saniyə sürətlə atılıb. Günəş diski demək olar ki, tamamilə ekranlansa da, Yer kürəsinə M5.5 səviyyəsində radiasiya axınları çatıb. Bu partlayış X sinfinin maksimum həddi ilə müqayisədə iki dəfə zəif olub. Hazırda tədqiqatçılar Günəşin səthində belə güclü partlayış…

Read More