Dünya 

“Hizbullah” İsrail ordusunun mövqelərinə hücum edib

Livanın “Hizbullah” hərəkatının silahlı qanadı pilotsuz təyyarələrlə İsrail hərbçilərinin Qolan təpələrindəki mövqelərinə hücum edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Bildirilib ki, bir neçə kamikadze dron Qolan təpələrindəki Nafah bazasına zərbələr endirib. Hücum zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) Şimal Hərbi Dairəsinin 210-cu diviziyasının qərargahındakı bir neçə hədəf vurulub.

Read More
Dünya 

Lukaşenkonun qonşusu danışdı: Putinlə piyada gəzirdilər və mənə yaxınlaşıb…

Belarus prezidentinin İsgəndəriyyə kəndindəki qonşusu Gennadi Nikolaenko rusiyalı həmkarı Vladimir Putinin Aleksandr Lukaşenkonun evinə qonaq gəlməsindən danışıb. “Mən skamyada oturmuşdum və onlar yol boyu gedirdilər. Mənə yaxınlaşanda prezidentlər salam verib piyada uzaqlaşdılar. Lukaşenko həmişə salam verir”,- Nikolaenko xatırlayır. ARANTV.AZ  bildirir ki, İsgəndəriyyə kənd təsərrüfatı şəhəri Belarus prezidentinin kiçik vətənidir. O, burada böyüyüb, yerli məktəbdə oxuyub və hələ də uşaqlıq evinə gəlir. Bu kənd təsərrüfatı şəhərciyinə heç bir maneə olmadan getmək mümkündür. Orada sadə kəndlilər yaşayır. Lukaşenko bəzi xarici liderləri və fəxri qonaqları kiçik vətəninə dəvət edib. 2018-ci ildə Belarus-Rusiya Regionlar…

Read More
Dünya 

Bu ölkədə hökumət əhalini fil, begemot və zebra ilə qidalandıracaq

Namibiya hakimiyyəti fil, zebra və begemot da daxil olmaqla 700-dən çox vəhşi heyvanı öldürməyi və ətləri qida çatışmazlığı ilə üzləşən insanlara paylamağı planlaşdırır. Musavat.com CNN-ə istinadən xəbər verir ki, buna ölkənin son 100 ilin ən kəskin quraqlığı ilə üzləşməsi səbəb olub. Avqustun 26-da ölkənin Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyindən verilən məlumata görə, ovlanacaq heyvanlar arasında 83 fil, 30 begemot, 60 camış, 50 impala, 100 mavi vəhşi qnu və 300 zebra var. Nazirlik bildirib ki, onlar milli parklardan və “davamlı artım bolluğu” olan ictimai ərazilərdən gətiriləcək və peşəkar ovçular…

Read More
Dünya 

Simpsonlar bunu da proqnozlaşdırıbmış: dünyanı şoka salan hadisə – VİDEO

İddialara görə, məşhur “The Simpsons” cizgi serialı dünyanı heyrətləndirən proqnozlarına yenisini əlavə edib. Ümumdünya Səhiyyə Təşkilatı 15 avqust 2024-cü il tarixli bəyanatında meymunçiçəyi ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib. Bu vəziyyət sosial mediada Simpsonların meymunçiçəyi ilə bağlı epizodlar yayımladığı və epidemiyadan əvvəlcədən xəbərdar olduğu iddialarını gündəmə gətirib. Lakin meymunçiçəyi virusundan xəbəri olduğu güman edilən bölümlərin bu virusla heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Homer Simpson personajının meymunla içki içdiyi və sonra xəstələndiyi iddia edilən görüntülərdən birincisi 9-cu sezonun “Girly Edition” adlı 21-ci bölümündəndir. Homer Simpson kömək etmək üçün Heyvanlara…

Read More
Dünya 

Kreml: Durov Fransada müdafiəsi üçün zəruri olan hər şeyə malikdir

Kreml hesab edir ki, “Telegram” messencerinin yaradıcısı Pavel Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Durov Fransada müdafiə olunmaq üçün lazım olan hər şeyə malikdir, lakin onun məhkəmə prosesinin siyasi təqibə çevrilməməsi vacibdir”, – o bildirib.

Read More
Dünya 

Ermənistandan Avstraliyaya tiryək göndərmək istəyən iranlı saxlanılıb

Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb. Report “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinən iranlı saxlanılıb.

Read More
Dünya 

İran Avrasiya İqtisadi Birliyinin forumuna dəvət olunub-Ermənistanda keçiriləcək

İran Avrasiya İqtisadi Birliyinin Ermənistanda keçiriləcək forumuna dəvət olunub. İRNA xəbər verib ki, dünən Avrasiya İqtisadi İttifaqının ticarət naziri Andrey Slepnev bu ilin sentyabr-oktyabr ayları arasında İrəvanda keçiriləcək iqtisadi foruma İranı xüsusi qonaq qismində dəvət edib. Məlumata görə, Andrey Slepnev İranın Rusiyadakı səfirliyinə gedərək dəvətlə bağlı qərarı İran səfiri Kazım Cəlaliyə açıqlayıb. Bildirilib ki, sözügedən görüşdə İran və Aİİ arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub və tərəflər qarşılıqlı əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Read More
Dünya 

Rusiya XİN: Beynəlxalq təşkilatlar Durovun saxlanmasını pisləməlidir

Beynəlxalq təşkilatlar söz azadlığını qorumaq üçün öz mandatını yerinə yetirməli və teleqramın həmtəsisçisi Pavel Durovun saxlanılmasını pisləməlidir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “On milyonlarla sosial şəbəkə istifadəçisi qəzəblənir, maliyyə cəmiyyətinin nümayəndələri və bir çox müstəqil ictimai xadimlər şok vəziyyətindədirlər, lakin neoliberal elita susur. Odur ki, bu vəziyyətdə beynəlxalq müvafiq strukturlardan söz azadlığının müdafiəsi ilə bağlı öz mandatını yerinə yetirməsi, Fransa hakimiyyətinin onları məhdudlaşdıran addımlarını pisləməsi tələb olunur”, – o vurğulayıb.

Read More
Dünya 

Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb

Bu ilin yanvar-iyul aylarında 9,6 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib. “Report” Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 min nəfər və ya 19,8 % artıb. Hesabat dövründə 5 657 Azərbaycan vətəndaşı Özbəkistana istirahət, 3 362 nəfər qohumları ziyarət etmək, 9 nəfər müalicə, 3 nəfər təhsil almaq məqsədilə səfər edib, 543 nəfərin səfəri isə xidməti məqsədi olub.

Read More
Dünya 

Qırğız nazirdən ŞOK AÇIQLAMA: “Konsertdə rusiyalılar oxuyacaq, istəməyən gəlməsin…”

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov deyib ki, avqustun 31-də Bişkekin Ala-Too meydanında keçiriləcək müstəqillik günü konsertində Rusiya müğənniləri də iştirak edəcəklər. Nazirin sözlərinə görə Rusiya ifaçıları öz təşəbbüsləri ilə Bişkekə gəlmək və Qara-Qırğız muxtar vilayətinin 100 illiyi və Qırğızıstan Respublikasının müstəqilliyi günündə konsertdə çıxış etmək qərarına gəliblər: “İndi Facebook-da və ya başqa sosial şəbəkələrdə oturanlar deyirlər: “Qoy bu müğənni gəlsin, amma o müğənni gəlməsin. Biz ona qulaq asmayacağıq”. Belələrinə demək istəyirəm: “Bu, bayram tədbiridir. Biz heç kimi konsertə güclə gətirib kiməsə qulaq asmağa məcbur edən deyilik. Qulaq asmaq…

Read More