Dünya 

İsrailə uçuşlar ləğv edildi – SƏBƏB

On beynəlxalq aviaşirkət İsrailə uçuşları ləğv edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyasının məlumat yayıb. Bildirilib ki, İsraillə Hizbullah arasında gərginliyin artmasından sonra “Air France” və “TransAvia” hava yolları da daxil olmaqla 10 beynəlxalq aviaşirkət İsrailə 52 reysi ləğv edib, yüzlərlə reysi təxirə salıb. Qeyd edək ki, ötən gün səhər saatlarında İsrail ordusu Livan Hizbullahına qarşı “önləyici hücuma” başladığını elan edib.

Read More
Dünya 

BMT İsrail və Hizbullaha müraciət etdi

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb. Bəyanat təşkilatın saytında dərc olunub. “BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, – bəyanatda deyilir. Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.//APA

Read More
Dünya 

Durov “sülh adamı” olmaq üçün ölümcül səhv etdi – Medvedevdən ŞOK AÇIQLAMA

“Telegram”ın Fransada saxlanılan qurucusu Pavel Durov Rusiyanı tərk edərək “sülh adamı” olmaq üçün ölümcül səhv etdi”. Bunu öz Teleqram kanalında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib və qeyd edib ki, Qərb üçün Durov  hələ də “təhlükəli rus” olaraq qalır. Medvedev ağır cinayətlər üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edən və sonda Rusiyanı tərk edən Durovla danışdığını deyib. -Kifayət qədər uzun müddət əvvəl Durovdan soruşdum ki, niyə o, ağır cinayətlərdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmir. “Bu mənim prinsipial mövqeyimdir. Mən vətəni olmadan yaxşı yaşayan dünya adamı olmaq…

Read More
Dünya 

Rusiya Fransaya nota göndərdi

Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib. Bunu “Rossiya-24” telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib”, – o deyib. “Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, – diplomat qeyd edib. Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı,…

Read More
Dünya 

Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub

Almaniyanın Solingen şəhərində şəhər festivalına gələnlərə bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub. “Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. O, şənbə günü yerli vaxtla saat 23:00 radələrində polisə yaxınlaşaraq “Axtardığınız mənəm” deyib. Qəzetin yazdığına görə, üzərində hələ də qurbanların qanının izləri olub. Şimali Reyn-Vestfaliya daxili işlər naziri Herbert Reul bildirib ki, hücumu həyata keçirən şəxs nəzarətə götürülüb. Şübhəli şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır. Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına…

Read More
Dünya 

Türkiyənin səhiyyə naziri: Meymunçiçəyi ilə mübarizəyə hazırıq

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu meymunçiçəyi virusu ilə bağlı əhaliyə çağırış edib. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, insanlara diqqətli olmağı, xüsusilə şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib. “Ən vacib şey şəxsi gigiyenadır. Həmçinin, biz həm sərhədlərdə, həm də ölkə daxilində lazımi tədbirlər görmək, o cümlədən vaksinasiya prosesi həyata keçirmək iqtidarındayıq. Ona görə də qorxuya, panikaya ehtiyac yoxdur. Hələ ki, memymunçiçəyi diaqnozu qoyulmuş xəstəmiz yoxdur. Olarsa da, öhdəsindən gələrik”, – nazir bildirib. O qeyd edib ki, Türkiyə həm meymunçiçəyinin, həm də digər yoluxucu xəstəliklərin yayılma ehtimalına hazırdır. Qeyd…

Read More
Dünya 

Türkiyə meymun çiçəyi ilə bağlı hərəkətə keçdi – 11 ölkə ilə…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət elan etdiyi Meymun Çiçəyi (MPOX) virusuna qarşı İtürkiyə də xüsusi tədbirlər planına başlayıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı İstanbul Hava Limanında 11 ölkədən uçuşlar xüsusi izlənməyə alınıb. Hələlik heç bir xoşagəlməz hadisəyə rast gəlinməyib. Konqo Demokratik Respublikası başda olmaqla Afrika ölkələrində görülən meymun MPOX virusu Afrika uçuşlarında narahatlıq yaradıb. Bunun üzərinə Səhiyyə Nazirliyinə bağlı Türkiyə Sərhədlər və Sahillər Səhiyyə Ümumi Müdirliyi, İstanbul Hava Limanı Baş Həkimliyi, hava limanı operatorları və hava yolu şirkətləri tədbirlərlə bağlı bir müddət əvvəl toplantı keçirib.…

Read More
Dünya 

KİV: NATO qərbdəki hava bazasında təhlükəsizlik tədbirlərini gücləndirib

Şimali Atlantika Alyansı Almaniyanın qərbindəki Qaylenkirxendəki (Şimali Reyn-Vestfaliya) aviabazada kəşfiyyat xidmətlərinin mümkün təhlükəyə işarə edən məlumatlarına görə təhlükəsizlik tədbirlərini gücləndirib. “Report”un məlumatına görə, bu barədə DPA agentliyi aviabazanın nümayəndəsinə istinadən yazıb. NATO-nun kəşfiyyat təyyarələri Qaylenkirxendə yerləşir. Əməliyyat fəaliyyətinə ehtiyacı olmayan bütün personal ehtiyat tədbiri olaraq evlərinə göndərilib. O, mümkün təhlükəni göstərən kəşfiyyat məlumatlarına əsaslanır. “Bu, narahatlığa səbəb deyil, sadəcə olaraq, kritik əməliyyatlarımızı davam etdirməyimizin təminatı üçün ehtiyat tədbiridir”, -nümayəndə deyib. Polis onların hadisə yerində olduqlarını təsdiqləyib. Əməliyyatda iştirak edən personalın sayı da daxil olmaqla, əlavə məlumat verilməyib. Keçən həftə Bundesver…

Read More
Dünya 

Ehtiyatda olan general sərt danışdı: İsrail yarandığı gündən bəri ən böyük səhvi etdilər

İsrail Müdafiə Qüvvələrinin keçmiş baş qərargah rəisi Qadi Eisenkot baş nazir Benyamin Netanyahu və ölkənin yüksək hərbi rəhbərliyini istefaya çağırıb. O, bu barədə ordunun radiosu olan “Qalei SAXAl”ın efirində bildirib. Onun sözlərinə görə, onlar İsrail dövlətinin yarandığı gündən bəri ən böyük səhvə görə məsuliyyət daşıyırlar. Bu səbəbdən diviziya komandirindən tutmuş baş nazirə qədər, hər kəs öz vəzifəsini tamamlamalı, məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. Eisenkot qeyd edib ki,  hərbi rəhbərlik bu addımı döyüş əməliyyatlarında fasilə zamanı atmalıdır. Baş Qərargahın keçmiş rəisi vurğulayıb ki, Qəzzada Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan…

Read More
Dünya 

Sabahdan seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılır. “Report” xəbər verir ki, bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib: “125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq”. Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı…

Read More