Dünya 

Qəzzada atəşkəslə bağlı danışıqlar gələn həftə keçiriləcək

Qəzza zolağında atəşkəsə dair Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə keçirilib. Bu barədə “The National” məlumat yayıb. Bildirilib ki, bu qərar tərəflərin yeni təklifləri müzakirə etməyə vaxtlarının olması üçün verilib. Məlumata görə, ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir. “The National”ın mənbələrinə görə, HƏMAS-ın görüşdə fiziki olaraq iştirak etməsi ehtimalı azdır. Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə…

Read More
Dünya 

60 kq ətdən özünə pencək hazırladı – VİDEO

Sosial şəbəkədə yayılan video insanların diqqətini çəkib. Milli.Az xəbər verir ki, on saat bu geyimin hazırlanmağına vaxt sərf olunduğunu deyən gənc onun 3 saatını ayaq üstə, eyni vəziyyətdə durduğunu deyib. Üzərindəki ağır çəkili, ətdən olan geyimlə ayaqda durmağa çətinlik çəkən stilistin “look”u müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:  

Read More
Dünya 

Putin QURANI öpdü – VİDEO

Rusiya prezidenti Vladimir Putin son 13 ildə ilk dəfə Çeçenistana gedib. Lent.az xəbər verir ki, səfər zamanı insanları ən çox təəccübləndirən nüans Putinin “Quran-i Kərim”i öpməsi olub. Buna cavab olaraq Kadırov Putinə əl istehsalı dəbdəbəli Quran və “Çeçenistan Respublikasının fəxri vətəndaşı” titulunu hədiyyə edib. O, həmçinin Putinin adına mikrorayon tikəcəyinə söz verib.

Read More
Dünya 

Boneyradan olan fəal: Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb

Boneyra adasında məktəblərdə yerli direktorlar və müəllimlər Niderlanddan olan direktor və müəllimlərlə əvəzlənirlər. “Report” xəbər verir ki, bunu insan hüquqları fəalı Felipe Santiago Melaan Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib. O qeyd edib ki, bu təhsil alanlara və təhsil verənlərin hüquqlarının kobud şəkildə pozulmasının nümayişidir: “Akademik potensialı olan gənclər müstəmləkəçi hökumətin dilində danışmağa məcbur olurlar. Bununla da qul təfəkkürünü insanlara aşılamaq istəyirlər. Çünki insanı öz dilindən məhrum…

Read More
Dünya 

İsrail “Hizbullah”ın hərbi strukturuna hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının hərbi obyektlərinə zərbələr endirib. “Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. HHQ daha əvvəl Livanın cənubundakı Şıxin bölgəsində “Hizbullah”ın yerləşdiyi binaya hücum edib. Bundan əlavə, İsrail ordusu Kfarkel bölgəsindəki “Hizbullah” hərbi strukturuna hücum edib və artilleriya gələn təhdidləri aradan qaldırmaq üçün Ayta əl-Şab və Alma əl-Haeb bölgələrini bombalayıb.

Read More
Dünya 

Rusiya Müdafiə Nazirliyindən SON DƏQİQƏ məlumatı – 28 PUA…

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə səmasında bir gecədə 28 PUA vurub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Volqoqrad vilayətində 13, Rostovda 7, Belqorodda 4, Voronejdə 2, Bryansk və Kursk vilayətləri üzərində isə 2 PUA vurulub. PUA-nın bölgədəki hərbi obyektə hücumundan sonra, Volqoqrad hava limanında uçuş müvəqqəti dayandırıb. KİV-in Federal Hava Nəqliyyatı Agentliyinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Yerli sakinlər daha əvvəl hücumdan sonra “Marinovka” hərbi aerodromunda yanğın və partlayış barədə məlumat vermişdilər. Hərbi şəhərciyin sakinləri təxliyə edilib.…

Read More
Dünya 

İranın İsrailə qarşı “böyük səbri”- praqmatik davranış, yoxsa…

Politoloq: “Hərbi qarşıdurma son nəticədə İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasına və müdaxilə ilə üzləşməsinə gətirib çıxara bilər” İran İsraili vurmaqla hədələsə də, bu addımları atmır. Ekspertlər sükutun səbəbi barədə müxtəlif versiyalar səsləndiriblər.  Bu arada İran “böyük səbir” göstərə biləcəyini bəyan edib. “İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər”. APA xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Nayini deyib. “Zaman bizim tərəfimizdədir və cavab üçün müddət uzun ola bilər. İranın hədəflərinə edilən heç bir hücum cavabsız qalmayıb və düşmən öz vaxtında…

Read More
Dünya 

İraq rəsmisi: “İranlı zəvvarlar Kərbalada çox qalmasınlar”

İRNA xəbər verib ki, İraqın Vasit əyalətinin valisi Məhəmməd Cəmil əl-Miyahi Ərbəin yürüşü üçün İraqa səfər etmiş iranlı zəvvarlardan Kərbəlada qalmamalarını və nəqliyyat yükünü azaltmaq üçün dərhal geri qayıtmalarını istəyib. Məlumata görə, əyalət valisi bildirib ki, indiyədək bir milyona yaxın zəvvar İraqa daxil olub. O, bildirib ki, zəvvarların İraqa problemsiz daxil olması və Kərbəlaya göndərilməsi üçün İranla yüksək səviyyədə koordinasiya aparılır. Bundan öncə İranın İlam əyalətinin valisi Həsən Bəhramnia qeyd edib ki, İran-İraq sərhədindəki Mehran keçid məntəqəsindən  avqustun əvvəllərindən 1 milyon 300 mindən çox insan İraqa keçib, onların 26%-i isə…

Read More
Dünya 

Rusiya XİN: Bütün mübahisəli məsələlər yalnız sülh yolu ilə həll edilməlidir

Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhlə bağlı təşəbbüsləri hər iki ölkə arasında xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. XİN nümayəndəsi qeyd edib ki, Rusiya hər zaman tərəfləri bir-birinə qarşı münasibətlərdə təmkinli olmağa çağırır: “Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gəlincə, biz mütəmadi olaraq İrəvan və Bakını təmkinli olmağa çağırırıq. Bütün mübahisəli məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

Read More
Dünya 

Boneyra nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər

Boneyra adasından olan qonaqlar avqustun 22-də BTQ ilə birlikdə müstəmləkəçiliklə mübarizə çərçivəsində keçirilən tədbirdə dünyaya müraciət edəcəklər. “Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbəri Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib. “Avqustun 22-də BTQ-nin növbəti tədbiri keçiriləcək. Cari ilin oktyabrında Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək. Onların Bakıdakı nümayəndələri BTQ ilə birlikdə konfrans keçirmək üçün müraciət etmişdilər və biz sabah Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən Boneyra xalqı üçün tədbir keçirəcəyik. Onlar bu tədbirdə sözügedən qətnamə layihəsi BMT-yə təqdim edilməzdən əvvəl dünyaya müraciət edəcəklər”, – o bildirib.

Read More