Dünya 

Azərbaycan beynəlxalq konvensiyaya qoşulacaq: Kibercinayətkarların sonu çatdı

Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir. Bu konvensiya kibercinayətlərin artması və digər cinayətlərin İKT vasitəsilə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı bir sənəddir. Konvensiyanın hazırlanması prosesində bir sıra dövlətlərin nümayəndə heyətləri arasında ciddi fikir ayrılıqları yaranıb. Bu fikir ayrılıqları konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzularla bağlıdır. Əgər yekun konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya edilərsə,…

Read More
Dünya 

Əhaliyə XƏBƏRDARLIQ- Bu gecədən etibarən…

Günəşdə bir anda bir neçə alışma aşkar edilib və bu səbəbdən avqustun 9 və 10-da planetimizdə maqnit qasırğası gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb. Bildirilib ki, 8 avqust 2024-cü il tarixində geniş və uzunmüddətli alışma baş verib. Alov zamanı tac kütləsinin atılması da qeydə alınıb. Son 24 saat ərzində daha bir neçə tac kütləsinin atılması müşahidə olunub. Proqnozlara görə, avqustun 9-u gecə – avqustun 10-u gündüz saatlarında Yer kürəsində mülayim maqnit qasırğası gözlənilir. Həmçinin Günəşdəki iki tac dəliyinin tezliklə Yerə doğru dönəcəyi və bunun da…

Read More
Dünya 

Fransa dinlərə qarşı dözümsüz ölkə olduğunu sübut etdi

Ekspert: “Bəşəriyyətin dəyərləri psixoseksual problemləri olan azlığın ayaqları altında əzilir” Fransada Yay Olimpiya Oyunları rəzilliyi ilə dünyaya səs salıb. İyulun 26-dan başlayan oyunlar bir neçə gündən sonra bitəcək. Amma yarışlar elə ilk günlərindən biabırçılığı ilə yadda qaldı. “Yeni Müsavat” xəbər verir ki, təhlükəsizlikdən tutmuş təmizliyə qədər bir çox çatışmazlıqlar qonaqların narazılığı ilə qarşılanıb və günlərdir müzakirələrə səbəb olub. Açılış mərasimində xristianların dini hisslərinin təhqir olunması isə son hədd oldu, peyğəmbər İsa Məsihin etikadan kənar obrazının yaradılması Fransa hakimiyyətinin məqsədyönlü şəkildə insanların dini hisslərini alçaltması kimi dəyərləndirildi. Açılış mərasimində satanistlərin simvollarının…

Read More
Dünya 

Hizbullah İsrailin hücumlarına cavab verdi- ANBAAN VİDEO

Hizbullah İsrailin hücumlarına cavab verib. ARANTV.AZ  Azad İran-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Livan Hizbullahı 8 əməliyyat keçirərək İsrailin mövqelərinə hava_zərbələri endirib. Məlumata görə, bu hücumlar ötən gecə İsrailin Livanın cənubunda Sur şəhərinə atdığı raketlərə cavab olaraq həyata keçirilib. Qeyd olunub ki, Hizbullah hava hücumlarında “Katyuşa” raketlərindən istifadə edib.

Read More
Dünya 

Diqqətlər BMT-də! Yeni Dünyanın Konvensiyası hazırlanır

Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir. ARANTV.AZ xəbər verir ki, ümumi cinayətkarlıqda kibercinayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcəkdir. BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında (29 iyul – 09 avqust) bir…

Read More
Dünya 

Türkiyədə daha bir onlayn platformaya giriş BLOKLANDI

Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması “Roblox”a da giriş bloklanıb. “Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb. Qərarla “Roblox”un “App Store” və “Google Play”dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb. Qeyd edək ki, “Roblox” istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.\Sfera.az

Read More
Dünya 

İranda çörəyin qiyməti yenidən bahalaşacaq

“Didban-e İran” saytı xəbər verir ki, İranın 10-dan çox əyalətində çörəyin indiki qiymətdən 25%-ə qədər bahalaşması gündəlikdədir. Sayt bildirir ki, İran ildə 16,5 milyon ton buğda istehsal edir. Bunun 10 milyon tonu ənənəvi çörək zavodlarına, qalan hissəsi isə digər istehlak sahələrinə verilir. Qeyd olunub ki, Qəzvin və Cənubi Xorasan da daxil olmaqla bir çox əyalətdə çörəyin qiymətinin artımı gözlənilir. /Azad İran

Read More
Dünya 

Çin və Rusiya beynəlxalq hüquq üzrə məsləhətləşmələr aparıblar

Rusiya və Çinin nümayəndələri beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. “Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. “Moskvada Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquqi Əlaqələr Departamentinin direktoru Ma Sinmin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin qarşılıqlı maraq doğuran beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparılıblar”, – məlumatda deyilir.

Read More
Dünya 

Ermənistanda qadınlar kişilərdən İMTİNA EDİR

Ermənistanda 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı artıb. Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, 2023-cü illə müqayisədə 2024-cü ilin ilk 6 ayında nikahların sayı 266 nəfər azalıb. Respublika üzrə 7540 nikah qeydə alınıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə boşanmaların sayı 48 faiz artıb. Respublikada 2024-cü ildə 2023-cü ilin yanvar-iyun aylarında qeydə alınan 1000 nikahdan 294-ü boşanma halı qeydə alınıb. (Publika.az)

Read More
Dünya 

Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu

Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb. Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin. İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb. Hər iki aşpaz həbs edilib və restoran cərimələnib. Aşpazlara 2 il həbs verilib. Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.//Medicina.az

Read More