Dünya 

Dağıstanda qar uçqunu bütöv bir bölgəyə giriş-çıxışı bağladı – VİDEO

Dağıstanda qəfil qar uçqunu baş verib. Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsindən məlumat verilib. “Dağıstanın bütün yüksək dağlıq Tsuntinski rayonu ilə qar uçqunu səbəbindən nəqliyyat əlaqəsi kəsilib”, – məlumatda bildirilir. Ölənlər barədə məlumat verilməyib, detallar dəqiqləşdirilir. Qeyd edək ki, Soçi kurortunda da həmçinin qar uçqunu baş verib. Xilasedicilər altı nəfəri qar altından çıxarıblar. Mənbə: fedpress.ru

Read More
Dünya 

Yaponiyada güclü qar səbəbindən 120-yə yaxın insan xəstəxanaya yerləşdirilib – VİDEO

Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsinin məlumatına görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir. Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi təchizatından məhrum qalıb. Tokionun Haneda hava limanında güclü qar yağması səbəbindən 30-dan çox reys təxirə salınıb. Ekspres magistralların bəzi hissələri bağlanıb, elektrik qatarlarının hərəkət cədvəlində gecikmələr və növbələr var, qərb istiqamətində qatarlar 45 dəqiqədən çox yubanır.…

Read More
Dünya 

Ermənistanda Paşinyana etimad səviyyəsi azalıb

Ermənistanın baş naziri Nikol Paşinyana etimad səviyyəsi azalıb. Bunu “Gallup” Beynəlxalq Assosiasiyasının respublikadakı nümayəndəliyinin keçirdiyi sorğunun məlumatları sübut edir. Araşdırmaya görə, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə qətiyyən etibar etmir (2023-cü ilin noyabrında 35,5% idi), 15,1%-i Paşinyana tam etibar edir (noyabrda 20,4% idi). Sorğu iştirakçılarının 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilə bilməyəcəyini, 34,2%-i onun bəzi müddəalarının dəyişdirilməsinə icazə verdiyini, 13,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə olduğunu bildirib.

Read More
Dünya 

Ermənistanın eks-prezidentinin oğluna qarşı iş məhkəməyə göndərilir

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu, “Hayastan” fraksiyasından olan deputat Levon Koçaryanın işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Ermənistan mediasının məlumatına görə, bu barədə jurnalistlərə Levon Koçaryanın özü məlumat verib. Onun sözlərinə görə, ötən gün barəsində başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıb. Həmçinin, onun dostu Sergey Asaturov da dindirilməyə çağırılıb, daha sonra ona ərazini tərk etməmək barədə yazılı öhdəlik imzalatdırılıb. İstintaq Komitəsi L.Koçaryana qarşı ittihamın bəzi məqamlarını dəyişib, müstəntiq işin bağlandığını və tezliklə məhkəməyə göndəriləcəyini bildirib.

Read More
Dünya 

Qazaxıstan prezidenti hökumətin yeni üzvlərini təsdiqləyib – SİYAHI + YENİLƏNİB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin formalaşdırdığı hökumətin yeni üzvləri məlum olub. Siyahını sizə təqdim edirik: Oljas Bektenov – Baş nazir Qalımjan Koyşıbayev – Qazaxıstan Baş nazirinin müavini, Administrasiyasının rəhbəri Aybek Dadebayev – Qazaxıstan Prezidenti Administrasiyasının başçısı Azamat Eskarayev yenidən Qazaxıstan Ədliyyə Naziri Madi Takiyev –  Qazaxıstanın maliyyə naziri Almasadam Satkaliyev – yenidən Qazaxıstanın energetika naziri Akmaral Alnazarova – Qazaxıstanın səhiyyə naziri Aydarbek Saparov – yenidən kənd təsərrüfatı naziri Çingiz Arinov – Qazaxıstan Fövqəladə Hallar Naziri Qani Beysembayev – yenidən Qazaxıstanın təhsil naziri Yerlan Nısanbayev – yenidən Qazaxıstanın ekologiya və təbii sərvətlər…

Read More
Dünya 

Yaponiyada zəlzələ 50 min evi dağıdıb

Yaponiyanın Noto yarımadası regionunda yanvarın 1-də baş vermiş zəlzələ 50 min evi dağıdıb. Dağıntılar nəticəsində yaranan tullantıların həcmi 2,4 milyon tonu ötüb. İsikava prefekturasının qubernatoru Hirosi Hase mətbuat konfransı zamanı zəlzələdən sonra yaranan zibillərin utilizasiyasını çox ciddi problem adlandırıb. O bu məsələdə dəqiq planın olmasının vacibliyini də qeyd edib. “Zəlzələ nəticəsində prefekturada təqribən 2,4 milyon ton zibil əmələ gəlib. Bunlar hələlik Ekologiya Nazirliyinin hesablamalar üçün tövsiyələrinə əsaslanan ilkin rəqəmlərdir. Bu təxminən İsikava prefekturasındakı zibilin yeddiillik həcminə bərabərdir”, – deyə qubernator bildirib. Mənbə: ren.tv

Read More
Dünya 

KİV: “Paşinyanın partiyası spikerin istefasını tələb edir, Simonyan Qriqoryanla açıq mübarizəyə girib”

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir. Bu barədə Ermənistan KİV yazır. Bildirilir ki, qarşıdan gələn 2026-cı il seçkisi ilə güclənən ambisiyaların və şəxsiyyətlərin toqquşması “məxməri inqilab”ın iki əsas fiquru, həmçinin Nikol Paşinyanın yerinə namizədlər arasında kəskin qarşıdurmaya səbəb olub. Məlumata görə, mübarizə açıq hücumlar və korrupsiya ittihamları şəklini alıb. Simonyan Paşinyanın qarşısında Qriqoryanın fəaliyyətini pisləməyə çalışıb. Baş nazir isə Simonyanın ailə üzvlərinin “Synergy” şirkətinin tender satınalmasında iştirakına diqqət çəkib, bu da hüquq-mühafizə orqanlarının marağına səbəb olub. Simonyan bir də ayılıb…

Read More
Dünya 

İstanbulda məhkəmə binasına silahlı hücum: Terrorçuların zərərsizləşdirilməsinin ANBAAN VİDEOSU – FOTO

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla altı nəfər yaralanıb. Ali Yerlikayanın verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri kişi, digəri qadındır. Həmçinin, E.Y. və P.B. adlı hücumçuların DHKP/C (Devrimci Halk Kurtuluş Partisi – Cephesi) terror təşkilatının üzvü olduqları təsbit edilib.     Mənbə: TRT Haber

Read More
Dünya 

Kabus dolu 65 saniyədə həyatları alt-üst olan türkiyəlilər zəlzələdən bir il sonra – FOTO

2023-cü il fevralın 6-da səhərə yaxın kabus dolu 65 saniyədə Türkiyənin cənub-şərqindəki şəhərlər yerlə bir olub, 50 mindən çox insan ölüb. “Əsrin fəlakəti” zamanı, binalar, körpülər uçub, yollar və hava limanının asfalt örtüyü çatlayıb və Türkiyənin 11 vilayətində milyonlarla insanın həyatı bir dəqiqə ərzində dəyişib. Artıq həmin faciəvi zəlzələdən bir il ötüb. 11 milyondan çox zərərçəkənin bugünkü həyatının qısa xülasəsini fotolarla təqdim edirik.   Mənbə: Reuters

Read More
Dünya 

Özbəkistan tərəvəz və meyvə ixracını bahalı bazarlara yönəldəcək

Özbəkistan tərəvəz və meyvələrin ixracını daha bahalı bazarlara yönləndirir. ARANTV.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Ölkə prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən müşavirədə məsul şəxslər bu il kənd təsərrüfatı məhsullarının ixracını 3,5 milyard dollara çatdırmaq, sahədə görülən işlərin miqyasını genişləndirmək imkanları barədə məlumat veriblər. Buna nail olmaq üçün ilk növbədə meyvə-tərəvəz, bostan, üzüm və dənli-paxlalı bitkilərin istehsalı artırılacaq. Regionlarda daha 20 səyyar laboratoriya yaradılaraq “uzagrolab.uz” elektron platformasına inteqrasiya olunacaq. Pestisidlərin dövriyyəsi ilə bağlı bütün proseslər rəqəmsallaşdırılacaq, keyfiyyətsiz pestisidlərin idxalı və qeyri-qanuni ticarəti…

Read More