Dünya 

İtaliyada etiraz edən fermerlər Romaya doğru yürüşə başlayıblar

İtaliyalı fermerlər uzunmüddətli etiraz aksiyası təşkil etmək üçün 200 traktordan ibarət karvanla Romaya doğru hərəkət ediblər. Məlumata görə, karvan fevralın 5-də axşam Romaya çatacaq. Yolboyu onlara İtaliyanın digər bölgələrindən də fermerlər qoşulacaqlar. Onlar çoxgünlük etiraz aksiyası üçün özləri ilə su və yemək götürəcəklər. Hazırda polislə şəhərə yaxın iki magistral yoldan birində dayanacaq yeri müəyyən etmək üçün danışıqlar aparılır. Mənbə: belta.by

Read More
Dünya 

Pomidor söhbəti böyüyür: Fransa və İspaniya arasında mübahisə qızışır

Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında “pomidor”la bağlı siyasi debata çevrilib. ARANTV.AZ xəbər verir ki, Fransanın sabiq ekologiya naziri Seqolele Royal həftə ərzində iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorlar üçün “yenilməz” və “saxta orqanik” ifadələrini işlədib. İspaniyanın Baş nazir Pedro Sançes İspaniyanın kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin “əsassız” olduğunu söyləyib. Həmçinin Fransanın sabiq naziri Royal hələ ki, sınamaq şansı olmayan pomidorları dadmaq üçün İspaniyaya dəvət edəcəyini bildirib: “O, dadına baxanda görəcək ki, ispan pomidorları rəqibsizdir”. Aİ ölkələrində və son günlər Brüsseldə…

Read More
Dünya 

Məşhur axtarış sistemi fantastik qiymətə satıldı

“Yandex” axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib. Belə ki, Niderlandın “Yandex N.V.” şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq. Eyni zamanda, menecer komandası xüsusi səhmdar hüquqları əldə edəcək və şirkəti idarə etməyə davam edəcək. Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş “Yandex” olacaq. Şirkətin əsas sahibi “Yandex” menecerlərinin başçılıq etdiyi “Konsorsium.Pervıy”, habelə “Leta Capital” vençur fondunun təsisçisi Aleksandr Çaçavanın, “Infinitum” depozitarının rəhbəri Pavel Prassın, LUKOIL qrupunun və sahibkar Aleksandr Ryazanovun strukturları olacaq. Mövcud idarəetmə komandası qrupun əhəmiyyətli yenidən…

Read More
Dünya 

Ermənistan vətəndaşının üzvü olduğu dəstə Rusiyada terror törətmək istəyib – VİDEO

Terror aktları törətmək məqsədilə Ukraynanın Odessa şəhərindən Voronejə (Rusiya) göndərilən partlayıcı maddələr Gürcüstanda saxlanılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib. Məlumata görə, partlayıcı maddələrin daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak ediblər. Yük yanvarın 19-da ölkə ərazisinə çatdırılıb. Bir detonator və altı xüsusi açar olan partlayıcının ümumi çəkisi 14 kq olub. Maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda da terror aktları törətməyi planlaşdırdıqları istisna edilməyib. Mənbə: TASS

Read More
Dünya 

Hindistanın şimalında güclü qar səbəbindən 470-dən çox yol bağlanıb – VİDEO

Son günlərdə yağan güclü qar nəticəsində Hindistanın Himaçal Pradeş ştatında ən azı 475 yol bağlanıb. Təbii fəlakətlərin qarşısının alınması üzrə Baş İdarədən bildiriblər ki, qarın yağması elektrik və su təchizatı şəbəkələrini də sıradan çıxarıb. “Himaçal-Pradeş ştatında beş milli avtomobil yolu da daxil olmaqla 475 yol bağlanıb. Qar yağması səbəbindən 333 elektrik xəttinin və 57 su xəttinin fəaliyyəti də sıradan çıxıb”, – deyə məlumatda bildirilib. Himalay dağlarının ətəklərində yerləşən ştatda qar örtüyünün hündürlüyü 30 sm-dən 1,5 m-ə qədər qalxıb. Ştatda ötən həftə güclü qar yağmağa başlayıb. Meteoroloqlar onların davam edə biləcəyi…

Read More
Dünya 

Pakistanda polis məntəqəsinə silahlı hücum olub: Azı 10 polis əməkdaşı öldürülüb

Pakistanın şimal-qərbində 30-dan çox silahlı şəxs polis məntəqəsinə hücum edib. Qeyd olunub ki, iki saatdan çox davam edən şiddətli atışma nəticəsində azı 10 polis əməkdaşı həyatını itirib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Ehtimal edilir ki, polis məntəqəsinə hücumu Pakistanda fəaliyyət göstərən “Təhrik-e-Taliban” qruplaşması həyata keçirib. Mənbə: Apnews.com

Read More
Dünya 

ABŞ və Böyük Britaniyadan Yəmənə növbəti SİLSİLƏ ZƏRBƏLƏR – VİDEO

ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (Husi) hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb. Telekanalın məlumatına görə, ABŞ və Britaniya Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhəri ərazisinə 11 zərbə endirib. Daha 4 zərbə əyalətin administrativ mərkəzi Saadaya endirilib. Bundan əvvəl fevralın 4-də ölkənin şimalında hakim “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya ABŞ və Böyük Britaniyanın Yəmənə 48 zərbə endirdiyini bildirmişdi.

Read More
Dünya 

İndoneziyada güclü zəlzələ olub

İndoneziyada 5,3 ballıq zəlzələ qeydə alınıb. Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 53 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Mənbə: Emsc.eu

Read More
Dünya 

Tokioda qara görə 70-dən çox reys ləğv edilib

Yaponiyaya yağan güclü qar nəticəsində paytaxt Tokionun hava limanlarından ölkənin digər yaşayış məntəqələrinə hərəkət etməli olan 70-dən çox reys ləğv edib. Bu barədə uçuşu həyata keçirməli olan aviaşirkətlərin yaydığı məlumatda qeyd olunub. Artıq hava şəraiti ilə əlaqədar sərnişinlərə əlavə qrafik dəyişikliklərinin mümkünlüyü barədə də xəbərdarlıq edilib. Mənbə: TASS

Read More
Dünya 

Moskvada fitnes-klubda İran konsulluğunun əməkdaşı ölüb

İran konsulluğunun əməkdaşı Moskvanın şimal-qərbində fitnes-klubda ölüb. Qeyd olunur ki, ölən diplomat A.Dhangiridir. O, İranın Moskvadakı konsulluğunun əməkdaşı olub. “1957-ci il təvəllüdlü kişi qaçış zolağında məşq edərkən özünü pis hiss edib. O, dünyasını dəyişib”, – məlumatda bildirilib. İlkin məlumata görə, diplomatın qəfil ölümü Pyatnitskoye şossesində idman zalında məşq zamanı qan laxtasının damardan qopması səbəbindən baş verib. Mənbə: iz.ru

Read More