Almaniyada fermerlərdən etiraz
Almaniyalı fermerlər güzəştlərin ləğvinə etiraz əlaməti olaraq Frankfurt-Mayn hava limanı ərazisində növbəti etiraz aksiyası keçiriblər. Bu barədə DPA agentliyi yazıb. Qeyd olunur ki, fermerlər hava limanına aparan bir neçə yolu bağlayıblar. Aksiyaya gün ərzində 2 minə yaxın kənd təsərrüfatı texnikası cəlb olunacaq. Axşam saatlarına qədər hava limanına gedişin çox çətin olacağı gözlənilir. Şəhər polisi vətəndaşları şəxsi avtomobilləri ilə aeroporta getməkdən çəkinməyə çağırıb. Xatırladaq ki, Almaniya hökuməti daha əvvəl 2024-cü il üçün büdcə qənaəti axtarmağa məcbur qalıb. Bu, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən hökmündən sonra zəruri…
Read More