Dünya 

Almaniyada hava limanlarında 1000-dən çox reys təxirə salındı – FOTO

Almaniyanın 11 hava limanında baş verən tətil səbəbindən 1120 reys təxirə salınıb. Bu barədə Almaniyanın “Tagesschau” televiziya xəbər xidməti məlumat verib. Məlumata görə, ölkənin Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypziq, Drezden və Erfurt hava limanlarında tətil səbəbindən 200 minə yaxın sərnişin zərər görüb. Tətildə 25 min hava limanı işçisi iştirak edir. Etirazçılar əməkhaqlarının artırılmasını tələb edirlər. Eyni zamanda, iş vaxtından əlavə işə görə, gecə işə görə, istirahət və bayram günlərində işə çıxmağa görə də əlavə ödəniş olunmasını istəyirlər. Münhen və Nürnberq hava limanlarına isə tətil olmasa da,…

Read More
Dünya 

ABŞ-də hava limanı ərazisində anqar çökdü: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

ABŞ-nin Aydaho ştatında Boyse hava limanı ərazisində tikilməkdə olan polad anqar çöküb. 39 min kvadratmetrlik anqarın çökməsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Yaralılardan beşinin vəziyyəti ağırdır. Hadisə yerinə çox sayda xilasetmə qüvvələri cəlb edilib. Məlumata görə, hava limanının özünə ziyan dəyməyib.   Mənbə: “New York Post”

Read More
Dünya 

Mumbay polisi Çin casusu saydığı göyərçini sərbəst buraxıb

Mumbay polisi Hindistan rəsmilərinin Çin tərəfindən casusluq üçün istifadə oluna biləcəyinə inandığı bir göyərçini azad edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə dünən Hindistanın “The Print” onlayn qəzeti məlumat yayıb. Göyərçini saxlayan baytarlıq klinikası yanvarın 29-da quşu buraxmaq üçün polisdən icazə istəyib. Ertəsi gün quş buraxılıb. Göyərçin keçən ilin may ayında Mumbay şəhərinin Çembur qəsəbəsində tutulmuşdu. Polisin məlumatına görə, quşun pəncələrində biri mis, digəri alüminium materialdan olan iki halqa olub. Heyvanın qanadlarının daxili hissəsində də Çin simvollarına rast gəlinib və sayıq hindlilər hesab ediblər ki, quş Çinə agentlik edir. “İşin…

Read More
Dünya 

Türkiyədə zəlzələ zamanı ziyan dəyən ikimərtəbəli ev çökdü: Ölən və yaralananlar var – FOTO

Türkiyənin Şanlıurfa vilayətinin Bozova məhəlləsində ikimərtəbəli ev çöküb. Nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Səhərə yaxın baş verən hadisə ilə əlaqədar bölgəyə çox sayda fövqəladə hallar, xilasetmə, sağlamlıq və jandarm qrupları cəlb edilib. Çökən evə keçən il fevralın 6-da baş verən zəlzələ zamanı orta dərəcədə ziyan dəydiyi məlum olub. Hadisə ilə bağlı istintaq davam edir.   Mənbə: Haber Global

Read More
Dünya 

Etirazçı fermerlərin traktorlar karvanı Aİ sammiti günü Brüsselə daxil oldu – VİDEO

60-dan çox traktordan ibarət karvan Vaterloo şosesi ilə Brüsselə daxil olub. Onlar Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro yardım ayrılması ilə bağlı sammitin keçiriləcəyi Avropa Məhəlləsinə doğru yola düşüblər. Bildirilir ki, traktorlar nizam-intizamla hərəkət edirlər, nəqliyyat vasitələri arasında bərabər intervallar saxlayırlar. Polis onların hərəkətinə mane olmur, əksinə, karvanı müşayiət edir. Paralel olaraq, təxminən 25-30 maşından ibarət başqa bir karvan d’Alsenberq şosesi ilə Brüsselə daxil olub və mərkəzə doğru hərəkət edir. Brüsselin “Mobilite” yol hərəkətinə nəzarət xidmətinin məlumatına görə, daha bir qrup – paytaxtın dairəvi yolu ilə hərəkət edərək şəhərə…

Read More
Dünya 

Alen Simonyanın qardaşının həyat yoldaşı saxlanılıb

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan saxlanılıb. Ermənistan mətbuatı bu barədə Ani Gevorqyanın vəkilinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Ani Gevorqyan Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılıb. O, əvvəlki iş yeri olan İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb. Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində və nazirlikdə işləyən bir sıra şəxslərin mənzillərində axtarışlar aparıb. Mənbə: Aravot.am

Read More
Dünya 

Ay tozundan hazırlanmış torpaqda noxud yetişdiriləcək – Alimlərdən ilk

ABŞ-nin Texas A&M Universitetinin (TAMU) alimləri ilk dəfə dörddə üçü reqolitdən – Ay tozundan ibarət olan torpaqda noxud yetişdirə biliblər. Müvafiq araşdırma elmi qurumun rəsmi saytında dərc olunub. “Ayda Yer kimi torpaq yoxdur. Planetimizdə torpaqda bitkilərin böyüməsini dəstəkləyən qida və mikroorqanizmlərlə dolu üzvi material var. Ayda bu yoxdur. Bunu aşağı qravitasiya, radiasiya və toksinlər kimi digər problemlər daha da çətinləşdirir”, – elmi işin müəllifi, TAMU-nun aspirantı Cessika Etkin qeyd edib. Yerin torpağının bərpası mexanizmlərindən istifadə edərək, Etkin və onun həmkarları ay tozuna münbit xüsusiyyətlər vermək üçün faydalı göbələklərin və biohumusun…

Read More
Dünya 

Ermənistanda qalmaqallı sənəd qəbul edildi: Putin İrəvana gələrsə, həbs olunacaq

Ermənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub. Beləliklə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət oldu. Ötən il noyabrın 14-də Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsini gözləmək kifayət edib. O da məlum olub ki, noyabrın 15-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə xəbər verib. Qeyd edək ki, Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin…

Read More
Dünya 

Heyvanlar aləmindəki pandemiyanın təsirləri: Getdikcə daha çox insan ölümünə səbəb olur

Çinin şərqində quş qripindən insan ölümü qeydə alınıb. Bu barədə Çin Mərkəzi Televiziyası Xəstəliklərə Nəzarət üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb. Bildirilir ki, “H3N2” və “H10N5” ştamları ilə yoluxma nəticəsində yaranan fəsadlar nəticəsində Anxoy əyalətinin şərqindəki Syuançen şəhərindən olan 63 yaşlı qadın ölüb. Məlumata görə, qadında xəstəliyin ilkin əlamətləri 2023-cü ilin noyabr ayının sonunda görünüb. O, yerli xəstəxanaya yerləşdirilib, daha sonra şərqdəki Çjetzyan əyalətindəki tibbi müəssisəyə köçürülüb, dekabrın 16-da isə ölüb. Quş qripi – həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu viral xəstəlikdir. Daşıyıcılar…

Read More