Dünya 

Dünyada ən güclü pasportlara sahib altı ölkənin adı açıqlandı

Dünyada ən güclü pasportlara sahib olan altı ölkənin adı açıqlanıb ki, bunlar Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniyadır. Bu barədə “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti məlumat verib. Bu ölkələrin sakinləri təhlil edilən 227 ölkə və bölgədən 194-nə vizasız giriş imkanına malikdir. İkinci yerdə 193 istiqamətdə vizasız giriş imkanı olan Finlandiya, Cənubi Koreya və İsveç qərarlaşıb. Ən güclü pasportlara malik ölkələrin ilk üçlüyünə həmçinin Avstriya, Danimarka, İrlandiya və Niderland da daxil edilib. Mənbə: RİA Novosti

Read More
Dünya 

2024-cü ildə bizi hansı böyük maqnit qasırğaları gözləyir?

Hazırkı 11 illik dövrünün bir hissəsi olaraq Günəş bu il pik aktivliyinə çatacaq. Alimlərin fikrincə, bu, ayda bir neçə dəfə maqnit qasırğalarına səbəb ola bilər. “Biz gözləyirik ki, 2024-cü il artıq maksimum günəş aktivliyi ili olacaq. Bu, böyük partlayışşlar, böyük maqnit qasırğaları deməkdir, ona görə də, ümumiyyətlə, 2024-cü illə 2023-cü ili müqayisə etsək, istənilən proqnozlara görə, daha aktiv olacaq. Həm məşəl aktivliyi, həm də geomaqnit aktivliyi baxımından”, – Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib. O xatırladıb ki, günəş partlayışlarını…

Read More
Dünya 

Putin Ərdoğanla görüşəcək

“Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır və lazım gələrsə, liderlər hər zaman telefonla danışa bilərlər”. Bunu Rusiya prezidentinin mətbuat katibi ştat Dmitri Peskov jurnalistlərə bildirib. “Putinlə Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var və siz bilirsiniz ki, onların görüşəcəyi ilə bağlı razılıq var. Putinin özü isə “Mən Türkiyəyə gələcəm” deyib, biz sadəcə vaxtı seçəcəyik. Dəqiq tarix hələ ki seçilməyib, diplomatik kanallarla razılaşdırılacaq və gec-tez bu ünsiyyət baş tutacaq”, – Kreml nümayəndəsi bəyan edib. O, bu cür təmasları ilk…

Read More
Dünya 

Rusiyalı jurnalist Dmitri Peskovun Çukotkadan maraqlı görüntülərini paylaşdı – VİDEO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə birlikdə Çukotkaya səfər edib. Səfərdən ilk görüntüləri rusiyalı jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında paylaşıb. Anadır hava limanında çəkilən kadrlarda Peskovun narıncı rəngdə “Xişnik” (“Yırtıcı”) adlı böyük maşının kabinəsinə qalxması əks olunub. “Yerli malı öyrənirik”, – deyə Peskov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Çukotkaya səfər edib. Dövlət başçısının regiona sonuncu səfəri 2008-ci ildə, Dmitri Medvedevin prezidentliyi dövründə olub. Anadıra səfərin Putinin 2024-cü ildə ilk regional səfəri olduğu bildirilir. Mənbə: News.ru

Read More
Dünya 

KİV: “Almaniya Ermənistana anti-Rusiya addımları üçün maliyyə yardımı təklif edir”

Rusiya sərhədçilərinin ölkə ərazisindən çıxarılması, Rusiyaya qarşı digər addımlar üçün Almaniya Ermənistana maliyyə yardımı təklif edib. Bu barədə Rusiyanın TASS informasiya agentliyi öz mənbəsinə istinadən yazıb. “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin işi mümkün qədər İrəvanla Moskva arasında nifaq yaratmaqdır. Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiya ilə dostluq edən şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasında maraqlıdır. Almanlar bunun müqabilində təkcə Ermənistana pul verməyi deyil, həm də Qarabağdan olan ermənilərin Avropaya mühacirət etməsinin qarşısının…

Read More
Dünya 

İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı – FOTO

Yanvarın 7-də İranın paytaxtı Tehranda 11 yaşlı məktəbli oğlan ailəsi evdə olmadığı vaxt özünü yataq otağında anasının baş örtüyü ilə asaraq, intihar edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. “Hadisə zamanı oğlum evdə tək olub və niyə intihar etdiyini bilmirəm. O, çox xoşbəxt idi”, – deyə məktəblinin anası bildirib. Qeyd olunub ki, ananın bu ifadələrindən sonra Tehran Cinayət Məhkəməsində cinayət işi açılıb və bildirilib ki, şagirdin intihar səbəbinin müəyyən olunması üçün araşdırmalar davam etdirilir.

Read More
Dünya 

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, saxlanılanlar var – VİDEO

Türkiyənin 12 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, 38 adam saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. “12 vilayətdə FETÖ-yə qarşı eyni vaxtda həyata keçirilən “Kıskaç-3” əməliyyatında 38 şübhəli şəxs yaxalanıb”, – deyə Yerlikaya bildirib. Qeyd edək ki, əməliyyatlar İstanbul, Ankara, Kütahya, Kahramanmaraş, Konya, İzmir, Çanakkale, Ordu, Tekirdağ, Düzce, Denizli kimi ərazilərdə keçirilib. Mənbə: Haber Global

Read More
Dünya 

Vladimir Putin prezidentliyi dövründə ilk dəfə Çukotkaya getdi

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Çukotka Muxtar Dairəsinin paytaxtı Anadıra səfər edib. Putin prezidentliyi dövründə ilk dəfə olaraq Çukotkaya işgüzar səfərə gəlib. Bu, həmçinin, Rusiya liderinin 2024-cü ildə ilk regional səfəri olub. Bundan əvvəl Putin hələ Rusiyanın bütün regionlarına səfər etmədiyini bildirib və Çukotkaya səfər etmək istəyindən danışıb. Mənbə: RT.ru

Read More
Dünya 

Nikol Paşinyan XİN əməkdaşları ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinə (XİN) gedib.   ARANTV.AZ  “Aysor”a istinadən xəbər verir ki, o, nazir Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb.   N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanla normallaşma əlaqələrini müzakirə edib.   Onlar, həmçinin mövcud durumu qiymətləndiriblər.   2023-cü ildə ölkənin xarici siyasət kursunda görülən işlər barədə hökumət başçısına məlumat verilib. Tərəfdaş dövlətlərlə ikitərəfli səviyyədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar və mövcud nəticələr baş nazirə təqdim olunub.

Read More