Dünya 

Çində dünyanın ən hündür tərəvəz ferması açılıb – VİDEO

Çində dünyanın ən hündür tərəvəz ferması açılıb. Ferma 20 mərtəbəli binanın hündürlüyündə tikilidir. Məlumata görə, layihənin əsas özəlliyi müasir istixanaya xidmət göstərən avtomatlaşdırılmış sistemlər və robotlardır. İndi ölkə əhalisi hava şəraitindən asılı olmayaraq ilin istənilən vaxtında təzə tərəvəz ala biləcək. Mənbə: RBC

Read More
Dünya 

Rusiyada dəmir yolunda 30-a yaxın yük vaqonu relsdən çıxıb

Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində yük qatarının 27 vaqonu relsdən çıxıb. “Report” xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Məlumata görə, hadisə 2024-cü il yanvarın 8-də Moskva vaxtı ilə saat 19:17-də baş verib. Hadisə nəticəsində bitişik trasın təmizlənməsi pozulub. “Xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur”, – deyə məlumatda bildirilir.

Read More
Dünya 

Roma Papası növbəti dəfə Azərbaycan və Ermənistanı sülhə çağırdı

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Bu barədə o, Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. O, həmçinin, Cənubi Qafqazdakı durumdan narahat olduğunu da qeyd edib. Qeyd edək ki, Papa Milad bayramı münasibətilə inanclılara müraciətində də Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunacağına ümid etdiyini bildirmişdi. Mənbə: TASS

Read More
Dünya 

Avropa ölkələrinin mağazalarına süni yumurtalar çıxarılıb – VİDEO

Dünya ölkələrində süni yumurta istehsalı və istehlakı ilə bağlı bağlı getdikcə xəbərlər artmağa başlayır. Əgər əvvəllər satışda saxta toyuq yumurtalarının kütləvi şəkildə görünməsi ilə bağlı xəbərlər əsasən Çin və Cənub-Şərqi Asiya ölkələrindən gəlirdisə, indi bu cür məlumatlar Banqladeş, Pakistan və Hindistandan, hətta Böyük Britaniya, Avropa ölkələrindən gəlir. Saxta yumurtaların əksəriyyətinin Çində istehsal olunduğu bilinsə də, 2023-cü ildə toyuq yumurtasının qiymətinin bütün dünyada kəskin artması səbəbindən (məsələn, ABŞ-də qiymət artımı 40%-dən çox olub) süni yumurta istehsalı üçün yeni mərkəzlər – Albaniya və Banqladeş yaranıb. Qeyd edək ki, süni yumurtanın qiyməti həqiqi yumurtadanb 20% ucuz başa…

Read More
Dünya 

İranın paytaxtında üçmərtəbəli bina uçdu: Ölən və yaralananlar var – FOTO

Tehranın cənubunda üçmərtəbəli bina uçub. Bu barədə İran yanğınsöndürmə xidmətinin regional idarəsinin sözçüsü xəbər verib. Məlumata görə, hadisə yerinə dərhal xilasedicilər və təcili yardım maşınları cəlb olunublar. Bildirilib ki, ilk olaraq dağıntılar altından 70 və 34 yaşlı iki qadın çıxarılıb. Onlar təcili yardımla xəstəxanaya göndəriliblər. Bir müddət sonra 40 yaşlarında olan daha bir qadın dağıntılar altından çıxarılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Axtarış əməliyyatı hələ də davam edir. Hadisənin başvermə səbəbləri araşdırılır.   Mənbə: ISNA

Read More
Dünya 

“Taliban” hicaba riayət etməyən qadınları küçələrdən “yığır” – VİDEO

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hicab qaydalarına riayət etməyən qadınlara qarşı reyd keçirib. Bunu sübut edən görüntülər paytaxt Kabilin Xayrxana məhəlləsində çəkilib. Videoda “Taliban” üzvlərinin hicaba riayət etməyən qadınları avtomobilin kuzasına əyləşdirərək harasa apardığı əks olunub. Mənbə: Sputnik Azərbaycan

Read More
Dünya 

Dünyanın ən kasıb ölkələri: Kosovo, Yəmən, Haiti, Burundi – hər qitədən biri…

2023-cü ilə olan məlumata görə, dünyanın ən yoxsul ölkələrinin reytinqinə Afrika, Cənubi və Mərkəzi Amerika, Avropa və Asiya ölkələri daxildir. Yoxsulluq deyiləndə insanların yaşaması və işləmək qabiliyyəti üçün zəruri olan minimum ehtiyaclarını ödəyə bilməməsi nəzərdə tutulur. Təbii ehtiyatların mövcudluğu, həyat keyfiyyəti indeksi, iqtisadiyyatın səviyyəsi dövlətin və xalqın rifahının asılı olduğu fundamental amillərdir. Səhiyyənin aşağı səviyyəsi və pulsuz təhsilin olmaması, qeyri-sabit siyasi vəziyyət, əhalinin aztəminatlı qruplarının sosial müdafiəsinin qeyri-qənaətbəxş olması, minimum alıcılıq qabiliyyəti, yüksək ölüm və işsizlik – bunlar kasıb ölkələrdə insanların üzləşdiyi əsas problemlərdir. Dünya Bankının hesablamalarına görə, 2022-ci ilin…

Read More
Dünya 

Qırğızıstanda prezidentin istəyi ilə yeni bayraq ucaldıldı – VİDEO

Bişkekin baş meydanında ikinci dəfə Qırğızıstanın yeni bayrağı qaldırılıb. Bu dəfə artıq layihəsi parlamentin qəbul etdiyi və Prezident Sadır Japarovun təsdiqlədiyi dövlət bayrağı ucaldılıb. Xatırladaq ki, yanvarın 1-də səhvən fərqli dizaynlı bayraq quraşdırılmışdı. Qırğızıstan 2023-cü il dekabrın 26-da rəsmi olaraq bayrağını dəyişib. Yeni rəmzdə bayraqdakı Günəşin şüalarının dalğavari forması düz formaya dəyişdirilib, xaçşəkilli dirəklərin sayı da artırılıb. Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insan belə şüaları günəbaxanlarla əlaqələndirib. Halbuki bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu da deyil. Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.   Mənbə: “Sputnik” Qırğızıstan

Read More
Dünya 

Pakistanda partlayış olub, ölənlər və yaralananlar var

Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində azı beş polis ölüb, 22-si yaralanıb. Verilən ilkin xəbərdə polis maşınının partladıldığı deyilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları poliomielit peyvəndi zamanı təhlükəsizliyin təmin edilməsindən ötrü əraziyə cəlb edilibmişlər. Mənbə: Dawn.com

Read More
Dünya 

2024-cü ildə dünyada maqnit qasırğaları ən pik həddə olacaq

2024-cü il maqnit qasırğalarının ən pik həddə müşahidə olunacağı il olacaq. Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun baş elmi işçisi Sergey Boqaçov çıxış edib. “Bəzən geomaqnit qasırğası hər həftə müşahidə olunacaq”, – deyə S.Boqaçov vurğulayıb. Alim bildirib ki, Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğaları may-iyun aylarına təsadüf edəcək. Mənbə: RİA Novosti

Read More