Dünya 

Bu ölkədə helikopter qəzaya düşdü – YARALILAR VAR

Perunun şimalındakı Amasonas regionunda polis helikopterinin qəzalı enişi nəticəsində 11 nəfər yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib. “Müdafiə naziri aerodroma gəlib. Səkkiz nəfər polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb. Digər üç yaralı Peru ordusunun təyyarəsi ilə təxliyə edilib”, – nazirlikdən bildirilib. (Report)

Read More
Dünya 

Yaxın günlərdə güclü maqnit qasırğası gözlənilirmi? – PROQNOZ

Yaxın günlərdə güclü maqnit qasırğaları gözlənilmir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi yanvarın 16-18-i üçün günəş və geomaqnit aktivliyinin proqnozunu açıqlayıb. Lent.az xəbər verir ki, geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir – K-indeksi – 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, fırtına və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar. Yanvarın 16-da qasırğasız, normal maqnitosfer gözlənilir. Bununla belə, artıq yanvarın 17-də günəş aktivliyində cüzi artım gözlənilir – insanların rifahına təsir göstərə bilməyən kiçik maqnit pozuntularına qədər. Yanvarın 18-i də…

Read More
Dünya 

Lukaşenkodan sərt açıqlama Belarus vəziyyəti diqqətlə izləyir…

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanın Belarusla müharibəyə hazırlaşdığı iddia edilən hərbi dəstələri tənqid edib. Musavat.com-un məlumatına görə Lukaşenko bildirib ki, bu dəstələr təkcə Belarus üçün deyil, elə Polşa üçün də təhlükə yarada bilər: “Buyurun, cəhd edin. Amma sonra inciməyin. Biz görürük ki, onlar hərbi dəstələr hazırlayırlar. Bu dəstələr Polşa ərazisindədir və o silahlar elə Polşaya qarşı da istifadə oluna bilər,” – deyə Belarus lideri vurğulayıb. Lukaşenkonun bu açıqlaması, Belarus və Polşa arasındakı artan siyasi və hərbi gərginliyin fonunda verilib. O, həmçinin qeyd edib ki, Belarus vəziyyəti diqqətlə izləyir və istənilən…

Read More
Dünya 

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib. “Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi açıqlamalar alacağımızı gözləyirik. Türkiyə olaraq bu istiqamətdə istənilən addımı dəstəkləyirik, bu, regional sabitliyin təmin olunması üçün vacibdir”, – türkiyəli nazir bildirib. Fidan əlavə edib ki, Ankara 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin yaradılması ilə Yaxın Şərq probleminin iki dövlət əsasında həlli istiqamətində səylərini davam…

Read More
Dünya 

Oleq Boyko vəfat etdi

Rusiyalı aktyor Oleq Boyko vəfat edib. 57 yaşlı aktyor ürəyindən keçirdiyi ağır əməliyyatdan sonra dünyasını dəyişib. O, 1 ay reanimasiyada qalıb. Qeyd edək ki, Oleq “Morozov”, “Qanun polisi-8”, “Pyatnitski: “Üçüncü fəsil” seriallarında rol alıb. O, “Xüsusi vəziyyət”, “Bir üçün on ox”, “Balabol-3” daxil olmaqla karyerası ərzində 50 filmdə çəkilib. /Axşam.az

Read More
Dünya 

İstanbul-Moskva reysi LƏĞV EDİLDİ

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib. Bu barədə Rusiya KİV-i “Aeroflot” şirkətinin məlumatına istinadən xəbər verir. “Biletlər bu gün daha tutumlu “Boeing 777” tipli təyyarə ilə həyata keçiriləcək SU2131 reysinə yenidən bron ediləcək”, – məlumatda qeyd olunub. Aviadaşıyıcı bildirib ki, federal aviasiya qaydalarına və daxili standartlara uyğun olaraq sərnişinlər müvəqqəti olaraq mehmanxanada yerləşdiriləcəklər.//Report

Read More
Dünya 

Gürcüstan səfirliyi: Əbu-Dabidə iki deputatın iştirakı ilə baş verən insident araşdırılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində hüquq-mühafizə orqanları hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputatlar İrakli Zarkua və Viktor Sanikidzenin iştirakı ilə baş verən hadisəni araşdırır. “Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə səfirliyindən bildirilib. “Bizdə olan məlumata görə, hadisənin araşdırılması ilə yerli hüquq-mühafizə orqanları məşğul olur”, – məlumatda qeyd olunub. Xatırladaq ki, daha əvvəl deputatların istirahət etdikləri Əbu-Dabidəki otel restoranlarından birində insidentin baş verdiyi barədə məlumat verilmişdi. Həmin oteldə istirahət edən gürcü mənşəli şəxslərdən biri onları və hakimiyyəti təhqir edib, nalayiq sözlər işlədib. Növbəti gün onlar…

Read More
Dünya 

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər. Bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir. “İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.\\“Report”

Read More
Dünya 

Yeni kaledoniyalı nazir Fransa telekanalına Bakı Təşəbbüs Qrupunun loqosu ilə çıxdı

Yeni Kaledoniyada yanvarın 12-də müstəqillik uğrunda mübarizə aparanların ənənəvi anım günü qeyd olunub. Kanala şəhərində keçirilən anım mərasimində çıxış edən Yeni Kaledoniya hökumətinin üzvü, nazir Maykl Forrest (Mickael Forrest) bu tədbirdə iştirakın əhəmiyyətindən danışaraq, bununla müstəqillik uğrunda mübarizə aparan liderlərin qətiyyəti və cəsarətinin yad edildiyini bildirib. Qeyd edək ki, Fransa rəsmiləri və bu ölkənin Yeni Kaledoniyadakı havadarları tərəfindən son zamanlar Azərbaycana qarşı hücumlara cavab olaraq, nazir M.Forrest Azərbaycanla həmrəyliyini göstərmək üçün Fransanın dövlət televiziya kanalı “Franceinfo.1” qarşısına Bakı Təşəbbüs Qrupunun loqosu əks olunan baş geyimində çıxıb. Rəsmi Parisin Yeni Kaledoniyadakı…

Read More
Dünya 

“Ağıllı ol, Molla… Azərbaycan 90-larda sərhədi necə keçdiyinizi unutmayıb” – Türkiyəli yazar İranı tarixi fakt qarşısında qoydu

İranın dini tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqirlərin səsləndirilməsi ilə bağlı məlumatlar vermişdik. Bir daha yada salaq ki, Ərdəbilin baş mollası Həsən Amulinin təşkil etdiyi “Müqavimət şəhidləri və Çaldıran mərasimi” adlı tədbirdə Azərbaycan və Türkiyənin dövlət başçılarının əleyhinə şər-böhtan, qərəz və nifrət dolu sözlər söylənilib, hər iki dövlətin ünvanına iftiralar səsləndirilib. Buna Azərbaycan tərəfi və yerli media bütün səviyyələrdə etirazını, cavabını bildirib. İranın bu cür addımına qarşı etirazlar Türkiyədən də gəlməkdədir. “Milliyet” qəzetinin yazarı Tunca Bengin “Akıllı ol molla” adlı yazısında bildirir ki,…

Read More