NAYORA Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirib – FOTO/VİDEO

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycanlının milli qürur hissi duyduğu bir gündür. Müsəlman Şərqində ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və maarifçilik istiqamətlərində çoxsaylı işlər görüldü,…

Daha çox ..

Ermənistanın Zəngəzur dəhlizində Rusiyaya “hücumu”

Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında rol almağa hazır olduğunu yenə xatırladır, Vaşinqton və Brüssel isə ikitərəfli müzakirələr modelini dəstəkləyir – təhlil Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya FTX-nın nəzarətindən imtina edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır. Rusiya XİN…

Daha çox ..

Azərbaycan Prezidenti: “Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır”

“Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib. “Azərbaycan uzun illər ərzində işğaldan əziyyət…

Daha çox ..

Türkiyə Prezidentinin köməkçisi: “Qara Yanvar” şəhidlərimizin acısı hələ də qəlbimizdədir” – FOTO

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay 31 il öncə Azərbaycanda 20 Yanvar faciəsində şəhid olanları yad edib. Fuat Oktay bu barədə “Twitter” hesabında paylaşım edib. “1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda həyatlarını fəda edən insanlarımızı rəhmətlə anıram”, – deyə F.Oktay fikirlərini bildirib.  

Daha çox ..

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası dəyişir

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası dəyişir. Musavat.com-un xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi…

Daha çox ..

Şəhid ailələrinə yeni güzəştlər ediləcək

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək. ARANTV.AZ xəbər verir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil…

Daha çox ..

Əmək müqaviləsi ilə işləyənlərin nəzərinə

Əmək Məcəlləsi işəgötürənlə işçi arasında hüquq və vəzifələri dəqiq müəyyənləşdirir. Lakin bəzən bu münasibətlərdə gözlənilməz hallar və ya suallar ortaya çıxa bilər. Məsələn, işəgötürən işçini əvvəlcədən xəbərdarlıq etmədən işdən çıxara bilər? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Bu, konkret hallardan asılıdır:…

Daha çox ..

Yerə tüpürmək, növbəyə durmamaq, qışqıra-qışqıra danışmaq “mədəniyyəti” – Mentalitet, yoxsa…

“Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi – ”bəy” deməyəcəyəm, bəzi insanlar “bəy”, “xanım”, “ağsaqqal”, “ağbirçək” sözlərinə layiq deyillər – boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi… Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai…

Daha çox ..

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək. Bu barədə “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib. Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər ərəfəsində iki ölkənin liderləri bir…

Daha çox ..