Avropada güclü zəlzələ
Albaniyanın paytaxtı Tiranadan 34 kilometr şimal-qərbdə 6,4 bal gücündə zəlzələ baş verib.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, təkanlar 10 kilometr dərinlikdə olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bu barədə məlumat yayıb.
Xeyli sayda binalarda çatlar yaranıb. Bu zəlzələdən 9 dəqiqə sonra 5,3 bal gücündə növbəti təkanlar qeydə alınıb.
Zəzələ Yunanıstan, Montenoqra, İtalya, Makedoniya, Bosniya-Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada da hiss olunub.

