Qırmızı dənizdə hücum: Neftin qiyməti artdı
Cümə axşamı dünya bazarlarında neftin qiyməti artıb.
ARANTV.AZ xəbər verir ki, Yəməndəki husilərin Səudiyyə Ərəbistanına məxsus iki tankerə hücum etməsindən sonra Ər-Riyad rəhbərliyinin Bab-əl-Məndəb boğazından neftin idxalını dayandırması ilə bağlı qərarı “qara qızıl”ın qiymətinə təsir edib.
Belə ki, London birjasında neftin bir barelinin qiyməti 0,41 dollar artaraq (0,55 %) 74,34 dollara çatıb.
WTI neftinin bir bareli 0,07 dollar (0,1 %) bahalaşaraq, 69,37 dollara satılıb.
Yəməndə silahlı münaqişə 2014-cü ilin martından bəri davam edir. Yəmən prezidenti Əbd Rabo Mənsur Hadinin ordusu husilərə qarşı mübarizə aparır.
oxu.az

