Gündəm 

Xələf Xələfov: “Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər”

“Rəsmi Bakı Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesini yaxın 2-3 il ərzində başa çatdırmağa ümid edir”.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Rusiya tərəfi ilə sərhədin demarkasiyası məsələləri uğurla davam etdirilir:

“Noyabr ayında Moskvada iclas keçirilib və yeni planlar müəyyənləşdirilib. Demək olar ki, son 2-3 il ərzində işlərin 30-40 faizi görülüb”.

Nazir müavini əlavə edib ki, bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur.

Daha çox xəbərlər