Dünya 

Yaponiyada hava limanı su altında qaldı

Yaponiyada son 25 ilin ən güclü qasırğası hesab olunan “Cebi” fəsadlar törətməkdə davam edir.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Osaka şəhərinin beynəlxalq hava limanı su altında qalıb.

Qeyd olunur ki, hava limanının uçuş-eniş zolağı, eləcə də dayanacağı yararsız hala düşüb.

Hadisə ilə əlaqədar 700-dən çox aviareys təxirə salınıb.

Bundan başqa, “Toyota” avtomobil şirkəti ölkə boyunca 14 zavodda gecə növbəsində işləri dayandırıb.

Daha çox xəbərlər