Digahda “Niva” ağır qəza törətdi – ÖLƏN VAR
Yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” (Niva) markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.Publika.az

