Novxanıda dəhşət – “Kamaz” yolun kənarı ilə gedən şəxsin üstündən keçdi
Yanvarın 20-də saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.Publika.az

