Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Ölkə ərazisinin bəzi bölgələrində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki zonasında isə leysan xarakterli yağıntılar müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.

Məlumata əsasən, yağıntının miqdarı Şəkidə (Kişçay) 37 mm, Zaqatalada 20 mm, Oğuzda 19 mm, Qaxda 15 mm, Balakəndə 12 mm, Göyçay və Qəbələdə 10 mm, Mingəçevirdə 9 mm, Şamaxıda 8 mm, Ağdamda 7 mm, Şahdağda 6 mm, Qusarda 5 mm, Qubada 4 mm, Zərdabda 3 mm, Qobustanda 2 mm, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər və Zəngilanda isə 1 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.