Dünya 

Abramyana ittiham irəli sürülüb

Ermənistanın sabiq baş naziri Ovik Abramyana səlahiyyətlərin aşması və fırıldaqçılıqla bağlı ittiham irəli sürülüb.

ARANTV.AZ “Novosti Armenii” agentliyinə istinadən xəbər verir ki, ondan ölkədən çıxmamaq haqqında yazılı iltizam alınıb.

Abramyan bununla əlaqədar “Facebook” səhifəsində bunu yazıb:

“Təxminən bir ay əvvəl maskalı şəxslər guya operativ məlumatlar əsasında mənə və qohumlarıma məxsus evlərə girib. Axtarış nəticəsində qeyri-qanuni heç nə aşkar edilməyib. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunvericiliyi pozaraq pasportumu aparıblar”.

Daha çox xəbərlər