“The Globalist” jurnalının AXC-nin 100 illiyinə həsr edilən xüsusi buraxılışı nəşr olunub
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Malayziyanın nüfuzlu “The Globalist” jurnalının xüsusi buraxılışı nəşr edilib. Jurnalın xüsusi buraxılışı Prezident İlham Əliyevin 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair sərəncamı ilə başlayır. Nəşrdə Şərgin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlətçilik tarixindəki rolu barədə ətraflı məlumat verilir. Məqalələrdə ölkəmizin müasir iqtisadi inkişafına dair məlumatlar da işıqlandırılıb. Azərbaycanın xarici siyasəti, iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, turizm potensialına dair məlumatlara geniş yer verilib. Jurnalda Azərbaycan-Malayziya əlaqələrinə dair ayrıca bölmə də yer alıb. Nəşr Malayziya cəmiyyəti tərəfindən maraqla qarşılanıb.

