ARANTV.AZ xəbər verir ki, Dövlət Miqrasiya Xidməti Tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Belə ki, xidmət tərəfindən iyulun 23-ü və 24-də müxtəlif ölkələrdən olan 62 miqrant saxlanılıb. Araşdırma zamanı əcnəbilərin Azərbaycanda miqrasiya qaydalarını pozduqları məlum olub. Onlardan 11-nin ölkə ərazisinə gəliş məqsədlərindən yayındıqları, 3-nün qeydiyyat üzrə yaşamadığı və 48 əcnəbinin ölkədə qanunsuz yaşadığı təsdiqlənib. Saxlanılan miqrantlardan 39-u barəsində inzibati qərar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənarlaşdırılması istiqamətində müvafiq tədbirlər aparılır.
Dövlət Miqrasiya Xidməti Tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
