Röya dörd gün konsert verəcək
Xalq artisti Röya Ayxan konsert məşqlərini gərgin şəkildə davam etdirir. ARANTV.AZ xəbər verir ki, sənətçi mart ayında verəcəyi konsertlərdə dəyişiklik edib və konsert 3 gün yox, 4 gün davam edəcək. Belə ki, konsert biletlərinin bitməsi ilə əlaqədar olaraq mart ayının 7-si də konsertə bilet satışı başlayıb. Müğənni açıqlamasında bildirib ki, 6 mart tarixində konsertə giriş xanımlar üçün pulsuz olacaq. 7,8,9 mart tarixlərində isə konsert biletləri hazırda iticket.az saytında satışdadır.

