Hacıqabulda yük və minik avtomobilləri toqquşdu, ölən var
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayon ərazisindəki Bayraq meydanının yaxınlığında qeydə alınıb.
Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.“Report”

