Hadisə 

Azərbaycanda yol qəzası-xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın “Report”a istinadən məlumatına görə, qəza İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İsmayıllı şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Əfrail oğlu Səfərov idarə etdiyi “Mercedes Benz” markalı yük maşını qarşısına çıxan iribuynuzlu camışı vurub. Avtomobil daha sonra yol kənarına aşıb. Nəticədə 38 yaşlı A.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər