Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İSTEFA VERDİ
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa etdiyini açıqlayıb.
Sonxeber.az “Haber Global”a istinadən xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu verdiyi açıqlamada, “Diqqətlə və əzmlə həyata keçirilən bir müddətdə, həftə sonunu komendant saatının epidemiyanın tamamilə qarşısını almaq üçün tətbiq edilməsi məsuliyyəti hər cəhətdən mənə aiddir” deyib.
Başlanğıcda məhdud saatlarda olsa da, bu proses mükəmməl idarə olunan bir zamanla uyğun gəlmədi.
Bu kimi görüntülərə səbəb olmamalı idi. Yaxşı niyyətlə, həftə sonun komendant saatı elan edilməsi epidemiya və yoluxmanın dayandırılması üçün atılan bir addım idi.
Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağam cənab Prezidentim məni bağışlasın.
Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyindən ayrılıram … bütün dostlarımı və iş yoldaşlarımı Allaha əmanət edirəm .. Allah millətimizi qorusun … “deyib

