Kriminal 

Yevlax sakinləri Kürdəmirə “yasa” gedərkən saxlanıldılar – VİDEO

Kürdəmir polisi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb.

Baku.Tv xəbər verir ki, Kürdəmirin Ucar rayonu ilə sərhədində qurulmuş postda xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yasa getmək bəhanəsi ilə rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinləri – 52 yaşlı Allahverdi Hacıyev və 42 yaşlı Tofiq Cabbarov saxlanılıb.

Yoxlama zamanı məlum olub ki, saxlanılan Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək, yaxınlarının yas mərasiminə getmək istədiyini bildirib. Polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub.

Onun həmyerlisi Tofiq Cabbarov isə özünü Yevlax rayon Su idarəsinin işcisi kimi təqdim edərək, icazəsiz rayon ərazisinə daxil olmağa cəhd edib. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.

A.Hacıyev və T.Cabbarov ilkin dindirilmə zamanı karantin rejimi qaydalarını bilərəkdən pozduqlarını etiraf ediblər.

 

Daha çox xəbərlər