İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində burada yaşayan uşaqlarla görüşüblər.
“Unikal” xəbər verir ki, İlham Əliyev balaca sakinlərlə səmimi söhbətindən sonra onlarla foto çəkdirib.
