“Azərbaycanda koronavirusa yoluxan bir xəstə üçün nə qədər vəsaitin ayrılması barədə dəqiq nəsə deyə bilmərəm”.
ARANTV.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, ən ağır xəstələrin dərman və digər lazımi tibbi təchizatı tam aparılır.
