Yunanıstandakı yanğınlar qəsdən törədilib?

A man hugs his son as he watches a wildfire raging in the town of Rafina, near Athens, Greece, July 23, 2018. REUTERS/Alkis Konstantinidis

Yunanıstan hökuməti hesab edir ki, Afina yaxınlığında yanğın qəsdən törədilib.

ARANTV.AZ xəbər verir ki, sputnikdən çəkilən görüntülər və hadisə yerinə baxış zamanı yanğının eyni anda bir neçə yerdə başladığı məlum olub.

Bu fikirləri asayişin və vətəndaşların müdafiəsi işləri naziri Nikos Toskas deyib.

Onun sözlərinə görə, cinayət əməlləri ilə bağlı ciddi sübutlar var. Yunanıstan hökuməti araşdırmalar aparır.

Həftənin əvvəlində Afina ətrafında baş verən yanğın zamanı 83 nəfər həlak olub, 180 nəfər yaralanıb.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.