Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi
Türkiyədə son sutka ərzində daha 115 nəfər koronavirusdan ölüb. Beləliklə də, ölkədə pandemiya qurbanlarının sayı 2491-ə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb.
Bu gün daha 3116 nəfərə koronavirus diaqnozu qoyulub ki, bununla da Türkiyədə yoluxanların ümumi sayı 101 790-a yüksəlib.

