Bu ölkədə koronavirusa yoluxanların sayı 3 671 nəfərə çatıb
Qazaxıstanda yeni növ koronavirusa daha 74 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma halları Nur-Sulatan (16), Almatı (26) şəhərlərində, Akmolinsk (1), Qərbi-Qazaxıstan (10), Qızılorda (1), Pavlodar (1), Aktübinsk (4), Atırau (15) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 671 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 176) və Nur-Sultan (669) şəhərlərində qeydə alınıb.

