Hadisə 

Bakıda keçmiş məhkum 10 kiloqramdan çox narkotiklə ələ keçdi

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

ARANTV.AZ xəbər verir ki, Binəqədi RPİ-nin Cinayət-Axtarış Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü Q.Ağababayevdən 10 kq 220 qr marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, Q.Ağababyev əvvəllər Cinayət Məcəlləsinin (CM) 177, 181, 234-cü maddələri üzrə məhkum edilib.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər