Azərbaycan Rusiyada sanatoriyalar inşa edəcək

Rusiyanın Stavropol bölgəsinin iki şəhərində üç sanatoriya inşa ediləcək. İnşa işlərini Azərbaycan maliyyələşdirəcək.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bütün işlər üçün ümumilikdə 8 milyard rubl (121 milyon ABŞ dolları – red.) sərf ediləcək.

“İndi layihələr həyata keçirilmə mərhələsindədir, Jeleznovodsk və Kislovodskdakı sanatoriyalarda yenidənqurma və tikinti işləri gedir. Onlar 1,5 min qonağı eyni anda qəbul edə bilər”, – məlumatda bildirilib.

Qeyd edilib ki, işlərin başlanması ilə turist axınının artırılması planlaşdırılır. Hazırda yerli kurortlar hər il Zaqafqaziyadan 30 mindən çox qonaq qəbul edir. Məlumat Bakıda keçirilən Rusiya-Azərbaycan beynəlxalq forumunda səsləndirilib.