Dünya 

Rusiya ordusunda koronavirus xəstələri üçün hospital açıldı – FOTO/VİDEO

Moskva vilayətində Rusiya Müdafiə Nazirliyinin “Patriot” konqres-sərgi mərkəzinin bazasında koronaviruslu xəstələr üçün hospital açılıb.

Bu barədə “360 TV” xəbər yayıb.

Bildirilir ki, xəstəxanaya 1 420 çarpayı yerləşdirilib. Bu, regionun digər tibb müəssisələrinə yükü azaltmalıdır.

Hospitalda hələlik ilk blok işə salınıb. Qalan üç blok yaxın günlərdə açılacaq.

Daha çox xəbərlər