Hadisə 

İsveçdə daha bir azərbaycanlı koronavirusdan öldü – FOTO

İsveçdə koronavirus pandemiyasından daha bir azərbaycanlı ölüb.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı  İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand “Facebook” hesabında məlumat verib.

O bildirib ki, azərbaycanlı gecə saatlarında Stokholmda vəfat edib.

Report-un məlumatına görə, vəfat edən şəxs əslən Neftçala rayonundan olan 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğludur.

Qeyd edək ki, bundan əvvəl İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan vəfat edib.

Daha çox xəbərlər