Kriminal 

Bakıda 37 yaşlı kişi boynundan bıçaqlandı

Bakıda 37 yaşlı kişi bıçaqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğluna xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və boyunun kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.Report

Daha çox xəbərlər