Sosial 

Biz birlikdə güclüyük!

Prezident İlham Əliyev 2020-ci il iyunun 3 –də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı bir qrup idmançı qarşısında çıxışı zamanı proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur.

Dövlətimizin Dağlıq Qarabağ münaqişəsinin  həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Mins qrupunun həmsədrləri-Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da  eynilə seçkiləri tanımdağını bəyan edib. Avropa Parlamenti İslam Əməkdaşlı Təşkilati, Qoşulmama  Hərəkatı –bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə  təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyisaının əasas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqənda uydurmalıar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kalon” satqınlarını və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdi.

Bu halda hansı obyektivlikdən, hansı ədalətdən demokratitadan və beynəlxalq hüquqdan söhbət gedə bilər?!

Tarixən geopolitik cəhətdən mühüm mövqedeə duran Azərbaycan Avropanı öz inkişafı naliyyətləri, ilklərə imza atması ilə qıcıqlandırıb. Bu səsəbdən Avropa Şurasının susqunluğunun, yalançı qondarma faşizm ideyalarına xidmət edən Ermənistanı müdafiə etməsinin səbəbi bəllidir.

Prezident İlham Əliyev qeyd etmişdirki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament  Asambleyası tamamilə nifuzdan düşən bir quruma çevrilib. AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır, heç kəsə sirr deyildir ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur. AŞPA-nın 324 əsas üzvü olsa da müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar  iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Asambleyanın monitorinq presuduru ilə bağlı tərəqqi hesabatının  səsverməsində 69 deputat. son vaxtlar AŞ-ın əsas müzakirə mövzularından biri  olan yeni komplementar presudurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

AŞPA-nın cari ilin 9 fevral tarixində Azərbaycanda keçirilmiş parlament seçkiləıri ilə bağlı qərərzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer alıb. Dövlətimizin başçısı bildirib ki, AŞPA-nın Azərbaycanda keçirmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini,atılan addımları,tərəqqini kənara qoyaraq diqqəti bir neçe nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verirdi. Bu mənada,2020-ci il yanvarın 30 da AŞPA-da Azərbaycanla bağlı  qəbul edilmiş qətnamənin məzmuni bir yana,vaxtı da suallar doğurdu.AŞPA-nın seçkiyə az qalmış belə bir desturiktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir.

30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhvə verib. Multilateralizmin can verdiyi şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı  ağ qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şürasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə Zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şürası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü  keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak ediblər. Bu da bir daha ölkəmizə və Prezidentimizə olan inmın,etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

Bir sözlə, multikultural dəyərlərin ən ali zirvəsinə malik olan Azərbaycan pandemiya dövründə mərhəmətli  və insanpərvər dövlət olduğunu tolerant bir ölkə olduğunu bütün dünyaya bəyan etdi. Xalq və dövlət birliyi “Biz birlikdə güclüyük!” ifadəsi ilə bütün dünyanı fəth etdi.

Zeynəb Əliyeva,

YAP Xəzər rayon təşkilatının sədr müavini

Daha çox xəbərlər